Sensorlu corablar GƏLİR
Bizi izləyin

Səhiyyə

Sensorlu corablar GƏLİR

Corablara sensorlar yerləşdirib.

Corablar qanda qlükozanın miqdarını müəyyən edəcək. Bunun üçün alimlər corablara sensorlar yerləşdirib.

Publika.az xəbər verir ki, belə bir araşdırmanı Kaliforniya Universitetinin alimləri edib.

Alimlər hazırladıqları elastik sensorları adi corablara tikiblər. Onların hazırladığı corablarla hərəkət edərkən ayaqlar tərləyir.

Sözügedən sensorlar diabetdən əziyyət çəkən xəstənin tərindəki qlükozanın miqdarı və süd turşusu ionlarını müəyyənləşdirərək toplanmış məlumatları simsiz ötürücü qurğu vasitəsilə istifadəçinin smartfonuna yönəldəcək.

Amerikalılar əvvəllər bir damcı tərdəki qlükozanın səviyyəsinə əsasən işləyə bilən biosensor yaratmışdılar. Lakin o xüsusi elastikliyə malik olmadığından paltarlara tikilə bilmirdi. Yeni ixtiranın bu problemi həll edəcəyi güman edilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm