Səhiyyə
Talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb - NAZİRLİK
Nikahdan öncə müayinələrin tətbiqi nəticəsində hər iki valideyndən talassemiya genini irsən alan xəstələrin sayı xeyli azalıb.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, 2014-cü ildə Talassemiya Mərkəzində 317 homoziqot xəstə qeydiyyata götürülmüşdürsə, 2016-cı ildə belə xəstələrin sayı 100 olub.
“Belə ki, il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-nda talassemiya daşıyıcılığı aşkar edilib. Bu şəxslərin hamısına ayrı-ayrılıqda tibbi-genetik həkim məsləhəti verilib.
Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanılıb. Artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub.
Ölkəmizdə prenatal diaqnostika da tətbiq edilmişdir. Beləki, döl materialı Respublika Perinatal Mərkəzində hamilə qadınlardan götürülür, döl materialının molekulyar-genetik müayinəsi ET Hematologiya və Transfuziologiya İnstitutunda icra edilir. İl ərzində nikaha daxil olmaq istəyən 42 çütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyən edilib”.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ