Azərbaycanda Afrika taunu təhlükəsi?
Bizi izləyin

Səhiyyə

Azərbaycanda Afrika taunu təhlükəsi?

Son vaxlar bir sıra ölkələrdə donuzlarda Afrika taunu aşkar edilib. Qonşu Rusiyanın bir sıra vilayətlərində xəstəliyin qeydə alındığı ferma və təsərrüfatlarda karantin elan olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Publika.az-a açıqlamasında Azərbaycanda təsərrüfat sahələrində bu xəstəliyin yayılması ilə bağlı təhlükənin olmadığını deyib.

“Xəstəlik qeydə alınan ölkələrdən donuz əti və piyi idxalına icazə verilmir. Afrika taunu ilə bağlı ölkədə vəziyyət sabitdir. Biz donuz ətini xəstəliyin yayılmadığı - İspaniya, Hollandiya, Almaniya kimi ölkələrdən alırıq. Bu xəstəlik daha çox Afrika taunu daha çox Rusiya, Polşa, Baltikyanı ölkələrdə daha çox yayılıb”.

Y.Xanvəli xəstəliyin heyvandan heyvana keçdiyini deyib: “Bu xəstəlik hava, su ilə keçmir. Heyvanlar bir-biri ilə kontaktda olanda, habelə xəstə heyvanın ətindən heyvana verildiyi halda yoluxa bilir. Xəstəlik ölümlə nəticələnir. Lakin bu xəstəlik insana keçmir”.

Qeyd edək ki, Azərbaycanda Afrika taunu ilk dəfə 2008-ci ildə qeydə alınıb. Virus torpaqda öz virulentliyini 4 ay müddətində saxlayır. Virus donuzların sidiyində 4 0C temperaturda 2 aya, nəcisində isə 5 aya qədər sağ qalır. Virus 20 C temperaturda 150 gün, 370 C temperaturda 10-30 gün, 550 C temperaturda isə 15 dəqiqədən sonra inaktivləşir. Qansorucu gənələrin orqanizmində uzun müddət ərzində qalırlar (2 il 6 ay). Xəstəliyin inkubasiya dövrü 2-22 gün olmaqla çox iti, iti, yarımiti və bəzən də xroniki formada gedir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm