9 ayda 17 ana ölümü qeydə alınıb
Bizi izləyin

Səhiyyə

9 ayda 17 ana ölümü qeydə alınıb

Bu gün Respublika Perinatal Mərkəzdə “Hamilə qadınlarda yarana biləcək fəsadlar” mövzusunda konfrans keçirilib. Təbirdə xarici və yerli mütəxəssislər, doğum evlərinin baş həkimləri və digər mütəxəssislər iştirak ediblər.

Publika.az xəbər verir ki, respublikanın baş ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova ölkədə son 9 ayda 17 ana ölümü faktı olduğunu qeyd edib:

"Bu tədbirin əsas məqsədi hamiləliyə qədər və sonrakı proseslərdə yarana biləcək fəsadların qarşısının alınması istiqamətində maarifləndirici məlumatların verilməsidir. Tədbirə Rusiyanın Beynəlxalq Dostluq Universitetinin mama-ginekologiya kafedrasının professoru Olqa Anatolivnanı dəvət etmişik. Ümumiyyətlə ana ölümlərinə əsas səbəb qadınların hamiləlik prosesinə laqeyd yanaşmasıdır. İlkin aylarda tez-tez həkimə müraciət olunsa da, son aylarda, bu aylar hamiləliyin ən önəmli dövrü hesab edilir ki, qadınlar bunu nəzərə almır. Mərkəzimiz respublikada fəaliyyət göstərən qadın məsləhətxanaları ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Ümumi götürsək, hər 3 qadından biri fəsadlaşmış hamiləliklə qarşılaşır. Əvvəlki göstəricilərə nisbətən ölüm hallarında azalma müşahidə olunur".

S.Məmmədova onu da qeyd edib ki, ən çox ölüm halları 18 yaşlı gənc analarda qeydə alınır:

"Hamiləlikdən öncə orqanizmdə hər hansı infeksiya və iltihab prosesi fəsadlaşmaya təsir göstərə bilər. Eyni zamanda, irsi xəstəliklər, piylənməsi 3-cü dərəcəli olan qadınlarda, 18 yaşına qədər olan dövrdə hamilə qalan xanımlarda, eləcə də 32 yaşından sonra hamiləlik dövrü keçirən qadınlarda təəssüf ki, hamiləliyin xoşagəlməz sonlanması müşahidə olunur. Bunun qarşısını almaq məqsədilə mərkəzimizdə bütün zəruri tədbirlər görülür. Hamiləlikdən əvvəlki dövrdə orqanizmdə baş verən kənar proseslər aşkarlanaraq aradan qaldırılır. Hamiləlik dövründəki fəsadlaşmalar isə hamiləliyin 22-ci həftəsindən sonra özünü büruzə verir. Perinatal Mərkəzin özünün konsiltativ klinikası var və təyinatla buraya göndərilən xanımların fəsadlaşma riski peşəkar mama-ginekoloqlar tərəfindən aradan qaldırılır."

Daha sonra Olqa Anatolivna çıxış edərək erkən və fəsadlı doğuşların qarşısını almaq üsullarından danışdı. O, bu məslədə vaginal yolla müalicənin daha çox effektiv olduğunu dedi:

"Hamiləliyin 15-ci həftəsindən, hətta 30-cu həftə də daxil olmaqla, erkən doğuş hesab olunur. Və bunun qarşısını almaq məqsədilə vaginal yolla progistron təyin edilir. Hamilənin vəziyyətinə uyğun olaraq sutkalıq dozalar təyin edilir. Vaginal kondidoz, bir sıra infeksiyalar istisna olmaqla digər hallarda ən çox istifadə olunan vaginal yolla proflaktik müalicə üsuludur. Normal doza 300-400 ml arası dəyişir. Lakin vəziyyətdən asılı olaraq, 600 ml-ə qədər qaldırıla bilər. Qadınlarda əksər hallarda 2-3-cü doğuşdan sonra fəsadlaşmalar müşahidə olunur. Bunun da əsas səbəbi qadınların aylıq profilaktik müayinə və müalicələrə getməməsidir. Orqanizmdə gedən kənar proseslər hamiləlik öncəsi aşkarlanmazsa, hamiləlik zamanı yaradacağı risklər həm uşağın, həm də ananın həyatını riskə ata bilər. "

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm