İstənməyən düşüncələr üçün kimyəvi maddə kəşf edildi
Bizi izləyin

Səhiyyə

İstənməyən düşüncələr üçün kimyəvi maddə kəşf edildi

Kembric Universitetinin professorları Teylor Şmidt və Maykl Anderson beyinin hafizə bölməsində yerləşən istənməyən düşüncələri məhv edən kimyəvi maddə kəşf edib.

Publika.az xəbər verir ki, bu barədə "Nature Communications" dərgisində məqalə yayımlanıb.

Alimlərin araşdırması çərçivəsində bir qrup iştirakçıya söz sıralarını əlaqələndirmək öyrədilib. İştirakçılar hamam böcəyi/əziyyət, yosun/şimal kimi sözləri əlaqələndiriblər. Daha sonra onlara yaşıl işıq göstərilirsə, söz cütündəki digər sözü xatırlamaları, qırmızı işıqda isə xatırlamaqdan çəkinmələri tapşırılıb. Bu zaman iştirakçılara funksional maqnetik rezonans görüntülənməsi və beyin quruluşunu ölçən maqnetik rezonans spektroskopiyası edilib.

Elm adamları iştirakçıların düşüncələrini ört-basdır etməyə çalışdıqda beyinlərinin kilid bölgələrində baş verən hadisələrin GABA kimyəvi maddəsi ilə bağlı olduğunu təsbit edib.

Professorlar beynin hafizə ilə bağlantılı olan bölməsi olan hipokampusda GABA-nın insanın istənməyən düşüncələri və xatirələri ağlına gətirmək qabiliyyətini yox etdiyini bildirib.

Kəşfin travma sonrası stress və hiperaktivliyin səbəb olacağı şizofreniya kimi narahatlıqlar mövzusunda uzun müddətdir cavabı tapılmayan suallara həll yolu olacağı ifadə edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm