Şamaxıda 49 yaşlı qadın ƏMƏLİYYATDAN SONRA ÖLDÜ
Bizi izləyin

Səhiyyə

Şamaxıda 49 yaşlı qadın ƏMƏLİYYATDAN SONRA ÖLDÜ

Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

Publika.az xəbər verir ki, 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib.

Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Ölümün dəqiq səbəbləri araşdırlır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm