AKP prezidentliyə namizədini açıqladı - Video
Bizi izləyin

Son dəqiqə

AKP prezidentliyə namizədini açıqladı - Video

AKP prezidentliyə namizədini açıqladı

Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Adıyaman millət vəkili Mehmet Metiner CNN Türk kanalında qatıldığı bir proqramda avqust ayında keçiriləcək prezident seçkiləri və təmsil etdiyi partiyanın prezidentliyə namizədi barədə fikirlərini bildirib.

Publika.Az – ın verdiyi xəbərə görə, AKP-li millət vəkili hakim partiyanın prezidentliyə namizədin kimliyinə böyük ölçüdə aydınlıq gətirib.

M.Metiner baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkisinin ilk turunda böyük üstünlüklə Çankaya Köçkünə çıxacağını deyib. “Görəcəksiniz, baş nazirimiz seçkilərin ilk turunda böyük bir üstünlüklə Çankaya Köçkünə çıxacaq. Hər kəs Rəcəb Təyyib Ərdoğanın gücünü də görəcək”, - AKP-li millət vəkili söyləyib.

Baş nazirin müavini Bəşir Atalay isə dünən Türkiyənin baş naziri R.T.Ərdoğanın prezident seçkilərində iştirakı ilə bağlı məsələnin hələlik dəqiqləşmədiyini bildirmişdi.

Qeyd edək ki, saytımızda dünən AKP-nin prezident seçkilərinə hazırlıq prosesi, ehtimal olunan yeni baş nazirin kimliyi və digər məsələlər barədə analitik yazı dərc olunub.

http://publika.az/p/13145

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm