Abdullah Gül baş nazir olacaqmı? - Prezidentin özü danışdı
Bizi izləyin

Son dəqiqə

Abdullah Gül baş nazir olacaqmı? - Prezidentin özü danışdı

Abdullah Gül baş nazir olacaqmı?-Prezidentin özü danışdı

Bu ilin avqust ayında keçiriləcək prezident seçkisinə Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi ən gec may ayında bəlli olacaq.

Publika.Az – ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə Küveytdə səfərdə olan Türkiyə prezidenti Abdulah Gül jurnalistlərə açıqlamasında bildirib.

Doqquz türkiyəli jurnalistin gündəmlə bağlı suallarını cavablandıran prezident “Bu mövzuda baş nazir mənə xəbər vermədən sürpriz etməz, mən də etmərəm” deyərək AKP-nin prezidentliyə namizədi ilə bağlı medianın gündəmə gətirdiyi iddialara münasibətini ifadə edib.

Avqust ayında növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialara gəlincə, hazırda bu barədə müzakirələrin getmədiyini bildirib.

“Bu barədə mətbuatda yazırlar. Növbədənkənar seçkilərlə bağlı müzakirələr etməmişik. Nəhayət, növbədənkənar seçki qərarı olacaqsa, bu parlament çoxluğunun qərar verəcəyi bir şeydir”, - deyərək Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin ola biləcəyini istisna etməyib.

A.Gül baş nazir ola biləcəyi barədə irəli sürülən iddiaları da şərh edib:“Bir şey deyə bilmərəm. Bunları oturub danışmaq lazımdır. Hazırda isə bələdiyyə seçkilərinin rəsmilik qazanmasını gözləmək lazımdır. Ondan sonra şübhəsiz ki, öz aramızda müzakirələr edəcəyik. Şübhəsiz ki, mənim də bu barədə düşüncələrim var. Prezident seçkisi məmləkətin hər tərəfini alt-üst edəcək bir seçki olmamalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm