Yardımlının dağ kəndində çətin vəziyyətdə yaşayan AİLƏYƏ BÖYÜK DİQQƏT - FOTO
Bizi izləyin

Sosial

Yardımlının dağ kəndində çətin vəziyyətdə yaşayan AİLƏYƏ BÖYÜK DİQQƏT - FOTO

Yardımlı rayonu Allar kəndində Ramin Tahirovun ailəsi çətin vəziyyətdə yaşayır. Ramin Tahirov xəstədir, işləmək qabiliyyəti yoxdur. Ailənin 7, 3 və 1 yaşlı uşağı var, yeganə gəlir yerləri isə R.Tahirovun anası Nisə Bayramovanın əmək pensiyasıdır. Onların yaşadığı ev isə tam yararsız haldadır. Ailənin böyük övladı artıq bu səbəbdən xəstəlik tapıb.

Məsələ ilə bağlı Yardımlının millət vəkili, professor Musa Qasımlı ilə əlaqə saxladıq. Millət vəkili ona ailənin vəziyyəti ilə bağlı hansısa müraciətin ünvanlamadığını bildirdi: "Mənə belə müraciətlər olur və əlimdən gələn hər bir köməkliyi göstərməyə çalışıram".

Kəndin bələdiyyə sədri Almirzə Şahverənov Publika.az-a açıqlamasında artıq ailə ilə bağlı rayon icra hakimiyyətinə məlumat verdiklərini bildirdi:

“Ramin Tahirov xəstə olduğundan işləyə bilmir, yoldaşı da işsizdir. Uçuq bir daxmada qalırlar, yağan yağış, qar hamısı evlərinin içinə dolurdu. Həyat şəraiti pis olduğundan qızının böyrəkləri xəstədir. Məsələni qaldırmışıq, onun müalicəsi üçün Rayon Mərkəzi Xəstəxanasından dəstək olacaqlarına söz veriblər. Oğlunun isə dilində qüsur var. Həmin problem əməliyyatla aradan qaldırıla bilər. Bunun üçün da müraciət etmişik”.

A.Şahverənov onu da vurğuladı ki, İcra Hakimiyyətindən ailənin çətinliyini aradan qaldırmaq üçün dəstək olurlar: “Bakı şəhərində yaşayan bir imkanlı şəxs və İcra Hakimiyyəti ailəyə yeni ev tikilməsi üçün xərcləri çəkəcək. Artıq tikinti işlərinə başlanılıb, ailə müvəqqəti olaraq qonşuda qalır. Həmçinin ailənin sosial təminatı üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbələrinə müraciət edilib. Onlar da bu istiqamətdə iş aparırlar. Bir sözlə, ailənin problemi qısa müddətdə aradan qaldırılacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm