• USD 1,7000 0,00% EUR 2,0024 +0,14%
    • GBP 2,2777 -0,69% RUB 0,0287 0,00%

Vəkillər Kollegiyasının yeni sədri vəkilliyə qəbuldan DANIŞDI

  • Sosial
  • 8 Dekabr 2017 11:49
  • 179 Baxış
Vəkillər Kollegiyasının yeni sədri vəkilliyə qəbuldan DANIŞDI

"Mən şəxsən vəkilliyə qəbul prosesində keçid balının aşağı salınmasının tərəfdarı deyiləm".

Bunu Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov bildirib.

A.Bağırov deyib ki, məhkəmə prosesində prokuror və hakimlər yüksək savada malik olur: "Belə olan halda müdafiəçi kimi çıxış edən vəkil də yüksək bilik və bacarığa malik olmalıdır. Ancaq keçid balı məsələsi Vəkillər Kollegiyası tərəfindən tənzimlənmir, bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququmuz yoxdur. Ədliyyə Nazirliyinin İxtisas Komissiyası keçid balının aşağı salınması barədə qərara gəlsə, biz etiraz etməyəcəyik".

A. Bağırov vəkilliyə qəbulda iş stajı məsələsinə yenidən baxılmasına tərəfdar olduğunu da vurğulayıb: "Hazırda vəkilliyə qəbul üçün 3 il əmək stajı tələb olunur. Vəkilliyə bir vaxtlar istefaya getmiş hüquqşünaslar, bu və digər səbəbdən vəzifədən çıxanlar üz tutur. Biz ali məktəbi bitirən savadlı gənc hüquqşünasların vəkilliyə üz tutmasını istəyirik".

O qeyd edib ki, vəkilliyə qəbulun gecikməsində Vəkillər Kollegiyasının da çatışmazlığı və səhlənkarlığı olub.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının rəhbərliyi istefa verdiyindən və qurum konfransa hazırlaşdığından vəkilliyə qəbulla bağlı sənədlərin qəbulu və umumilikdə bu prosesdə gecikmə yaşanıb: "Biz ən qısa müddətdə sənədlərin qəbulu prosesini bərpa edəcəyik. Bir neçə gün ərzində bu prosesə başlanacaq".

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, Azərbaycanda nümayəndəlik institutu ləğv edilib, yanvarın 1-dən mülki və inzibati məhkəmə işlərində nümayəndələr iştirak edə bilməyəcək. Azərbaycan prezidenti İlham Əliyev vətəndaşların məhkəmələrdə hüquqi müdafiəsinin təmin edilməsi üçün vəkillərinin sayının artırılmasını vacib sayıb, bununla bağlı Vəkillər Kollegiyasına müvafiq tapşırıq verilib. (apa)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>