Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşdü
Bizi izləyin

Sosial

Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşdü

Fövqəladə hallar nazirinin səlahiyyətlərini icra edən general-polkovnik Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, K. Heydərov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Atom Enerjisi Agentliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb, bir sıra mühüm əhəmiyyətli layihələrlə bağlı birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.

O, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında mövcud münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.

Y. Amano isə birgə uğurlu layihələrin həyata keçirilməsindən məmnun olduğunu qeyd edib, gələcək əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər və gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm