Sosial
DGK sədri Azərbaycana gətirilən qida məhsullarının sərhəddə yoxlanılmasından DANIŞDI
"Azərbaycanda beynəlxalq təcrübəyə uyğun olaraq baytarlıq, fitosanitar, sanitar nəzarəti üzrə sərhəd komponenti Dövlət Gömrük Komitəsinə həvalə edilib".
Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.
"Bu da öz növbəsində gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən qida məhsullarının gömrük orqanları tərəfindən "bir pəncərə" prinsipi əsasında baytarlıq, fitosanitar nəzarətinin həyata keçirilməsi zamanı süni maneələrin aradan qaldırılmasına xidmət edəcək. Eyni zamanda, prosesin idxal - ixrac əməliyyatları zamanı müasir tələblərə uyğun aparılmasına, gömrük nəzarət əməliyyatlarının operativliyini təmin olunmasına və dövlət sərhəd keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılmasına münbit şərait yaradır. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi müvafiq qurumlarla onlayn şəkildə rabitə vasitələri yaradıb və birgə server, birgə idarəetmə vasitəsilə qarşılıqlı məlumatların ötürülməsini təmin etməkdədir",- deyə S. Mehdiyev vurğulayıb.
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ