Kitab marketinin açılışı olacaq (R)
Bizi izləyin

Tabloid.az

Kitab marketinin açılışı olacaq (R)

Kitab marketinin açılışı olacaq (R)

Publika.az-ın məlumatına görə martın 16-da Kitabevim.Az Kitab marketinin açılışı olacaq. Açılış günü bütün kitablara 20 faiz endirim tətbiq olunacaq.

Mağazalar Şəbəkəsinin yeni kitab marketi “28 May” stansiyası yaxınlığında Puşkin 26A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində yerləşir.

Minlərlə kitabın satışından əlavə, Kitabevim.Az kitab marketində oxucu klubu və müxtəlif şirkətlərin himayəsi altında hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunmuşdur.

Layihənin məqsədi kitab satışından çox mütaliənin təbliğatını həyata keçirməkdir.

Kitabevim.Az Kitab marketinin təqribi məqsədləri bunlardır: Gənclərin asudə vaxtlarını daha müasir üslubda, zövq oxşayan bir məkanda keçirməsi, ziyalıların sakit bir məkanda müzakirələr aparması, söhbətlərini təşkil etməsi, valideynlərin övladlarını gəzdirmək üçün seçdiyi bir məkan yaratmaq, monitorlarda əhəmiyyətli kitablardan filmlər vermək, təqdimatlar yayımlamaq.

Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə də təsis olunub və bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılır. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapa bilərsiniz. Eyni zamanda, imza günləri keçirilməsi üçün geniş bir guşə də nəzərdə tutmuşuq. Bu guşədə, həmçinin müxtəlif seminarlar, diskussiyalar və yazarların oxucularla görüşləri təşkil olunacaq.

“Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılır. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılır.

Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyə kartları da təsis edilib və oxucular güzəştli faizlərlə kitab almaq imkanı qazanırlar.

“Oxucu klubu” guşəsində isə şəxsiyyət vəsiqəsi təqdim etməklə, hər hansı kitabı müəyyən müddətə oxumaq üçün götürmək mümkündür.

Qeyd edək ki, yeni Kitabevim.Az Kitab Marketi “28 May” stansiyası yaxınlığında Puşkin 26A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində yerləşir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm