Xalq Artistinin 135 illik yubileyi qeyd edilib
Bizi izləyin

Tabloid.az

Xalq Artistinin 135 illik yubileyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Xalq Artisti Hüseynqulu Sarabskinin 135 illik yubileyi münasibətil

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olan görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Xalq Artisti Hüseynqulu Sarabskinin 135 illik yubileyi münasibətilə tədbir keçirilib.

G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbində təşkil olunmuş tədbirdə H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdləri, xor kollektivi, skripka, saz, nağara ifa edənlər və xalq çalğı alətləri ansamblları çıxış ediblər.

Tədbirdə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından və “Arşın mal alan” operettasından səhnəciklər, musiqilər səsləndirilmiş, xalq mahnıları və Avropa bəstəkarlarının əsərləri ifa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm