İkinci həyat yoldaşı danışdı: “Mən Hüseyn Dəryanı sevməmişəm”
Bizi izləyin

Tabloid.az

İkinci həyat yoldaşı danışdı: “Mən Hüseyn Dəryanı sevməmişəm”

İkinci həyat yoldaşı danışdı: “Mən Hüseyn Dəryanı sevməmişəm”

Publika.Az Gecce.az-a istinadən xəbər verir ki, “Düz üzünə” verlişinin bu həftəki qonağı, mərhum reper Hüseyn Dəryanın ikinci həyat yoldaşı Sona xanım olub. O, verlişdə etdiyi etiraflar və verdiyi açıqlamalarla ekran başında əyləşənləri Hüseyn haqqda bilmədikləri tükürpədici məlumatlarla təccübləndirib.

Sona xanım Hüseyni nə qədər sevdiyini, bu həyəcanlı ifadələrlə anlatmağa çalışıb: "Mən bu dəqiqə sanki yuxudayam. Hər şeyin yenidən qayıdacağını düşünürəm. Hüseynlə mənim aramdakı sevgi deyildi, mən Hüseyni sevməmişəm, onu çox istəmişəm. Bu bir sevgidən də artıq hisslər idi. Onu qoynumda saxlayırdım. O, sanki bir uşaq idi. O qədər saf idi ki, Hüseyn. Mənə elə sirlərini açıb danışırdı ki. Biz bir-birimizə çox yaxın olmuşuq.

Deyirlər mən güya Hüseynin birinci ailəsini dağıtmışam, özüm onunla ailə qurmuşam. Bu əsla belə olmayıb. Mən hətta onunla ailə quranda onun şəxsiyyət vəsiqəsində “subay” yazılmışdı.

Mən Hüseyn Dərya şəxsiyyətinə sağlığında necə hörmət etdimsə, bu gündən sonra da onun ruhunu incitməmək üçün bütün çətinliklərə, haqsızlıqlara dözəcəm. Bacısı məni günahkar tutsa da, Hüseynə sağlığında etdiyim hörməti bacısına edəcəm. Susacam, cavab verməyəcəm ona".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm