DİN: "İlham Mirzəyev dələduzluq maddəsi ilə tutulub" - YENİLƏNİB
Bizi izləyin

Tabloid.az

DİN: "İlham Mirzəyev dələduzluq maddəsi ilə tutulub" - YENİLƏNİB

Bakı şəhər sakini İlham Mirzəyev barəsində dələduzluq maddəsi (178-ci) ilə cinayət işi açılıb. Bu barədə Publika.az-a DİN-nin mətbuat xidmətinin şöbə rəisinin müavini, polis polkovniki Ehsan Zahidov bildirib.

E.Zahidov bildirib ki, vətəndaşların çoxsaylı müraciətləri əsasında bu gün Bakı şəhər sakini İlham Mirzəyev polis tərəfindən saxlanılıb.

Hazırda qaldırılan cinayət işi üzrə istintaqa başlanılıb.

Qeyd edək ki, İ.Mirzəyev "Space" telakanalının "Etiraf" proqramının aparıcısıdır.

****

"İlham Mirzəyevin həbsi ilə bağlı bizə rəsmi məlumat ötürülən kimi mətbuata açıqlayacağıq".

Bunu Publika.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

O, daha sonra qeyd edib ki, hələlik, bu barədə əlimizdə bir xəbər yoxdur, bir söz deyə bilmərik.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm