Ərinin tələbi Adriananı şoka saldı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ərinin tələbi Adriananı şoka saldı - FOTOLAR

Dünya üzrə ən gözəl modellərin arasında ön sırada yer alan supermodel Adriana Lima xoşagəlməz hadisə ilə üzləşib. Modeldən boşanma qərarı verən həyat yoldaşı maraqlı istək ilə onun qarşısına çıxıb. Karik təzminat olaraq Mayamidəki məşhur Ulduz adasında yerləşən malikanəni istəyib. Eşitdiklərinə inanmaq istəməyən Adriana şoka düşüb. Həyat yoldaşının bu istəyindən pis vəziyyətə düşən "mələk" yaxınlarına "gərək çoxdan boşanaydım" deyib.



Qeyd edək ki, "Victoria’s Secret"in qabaqcıl modellərindən biri olan Lima Marko Casicin ona xəyanət etdiyini bildirərək tez bir zamanda yollarını ayırmaq istədiyini qeyd edib. Ötən ay İstanbulda səfərdə olan Lima oradan qayıtdıqdan sonra qərarını həyat yoldaşına bildirib. O isə öz növbəsində modeli çılpaq fotolarına görə qınayaraq ondan ayrılmaq istədiyini bildirib.



Adriana Lima həyat yoldaşı olan basketbolçu Marko Karikin ona iki dəfə xəyanət etdiyini bildiyini qeyd edib. /Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm