Lalə Məmmədova canlı yayımda keçmiş ərinə nələr dedi?
Bizi izləyin

Tabloid.az

Lalə Məmmədova canlı yayımda keçmiş ərinə nələr dedi?

Əməkdar artist Lalə Məmmədova keçmiş həyat yoldaşına jest edib.

Publika.az-ın məlumatına görə, ana olandan sonra efirə çıxmayan Lalə ilk dəfə olaraq “Solo” verilişində canlı musiqilər ifa edib. Sənətçi xanım aparıcının kimə "minnətdarlıq edərdiniz" sualına cavab verərkən ad çəkməsə də, keçmiş həyat yoldaşını nəzərdə tutaraq xoş sözlər deyib: “Mənə bu sənətdə çoxları dəstək olub. Amma elə insan var ki, münasibətim yoxdur, amma mən efirdən ona da minnətdarlığımı bildirirəm. Hər halda onların mənə böyük dəstəkləri olub, əziyyətlərini halal etsinlər”.

Lalə onu da vurğulayıb ki, oxuduğu musiqilər onun həyatına da təsirsiz ötüşməyib. Oxuduqlarını həyatında yaşamalı olub. Bu sırada “Gedəcəyəm”, “Bu şəhər ikimizə dar” mahnılarının adını çəkib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm