Müğənninin azyaşlı uşağını oğurladılar – DƏHŞƏT
Bizi izləyin

Tabloid.az

Müğənninin azyaşlı uşağını oğurladılar – DƏHŞƏT

Azərbaycanlı xanım sənətçinin uşağını oğurlayıblar.

Publika.az-ın məlumatına görə, müğənni Dana uşağının oğurlanması ilə bağlı ilk dəfə olaraq Space TV-nin “Oturduğumuz yerdə” verilişində məlumat verib. Dediyinə görə, birinci həyat yoldaşından olan azyaşlı oğlu həyətdə oynayarkən atasıgil tərəfindən qaçırılıb: “Mən ikinci dəfə ailə qurmuşam. Birinci ailəmdən olan azyaşlı oğlum atasıgil tərəfindən qaçırılıb. Uşağım həyətdə oynayarkən aparıblar. Mən analıq hüququndan məhrum edilməmişəm, amma altı ildir ki, uşağımın üzünü görə bilmirəm”.

Müğənni xanım dəfələrlə məhkəməyə, hüquq-mühafizə orqanlarına məlumat versə də, hüquqlarının bərpa olunmadığını deyir: “Dəfələrlə məhkəməyə vermişəm, amma heç nəyi sübut edə bilmirəm. Sözümün qabağına elə söz qoyurlar ki, qalıram belə”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm