Xərçəngə qalib gələn məşhurlar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Xərçəngə qalib gələn məşhurlar - FOTOLAR

Dünyada bir çox məşhur insanların zaman-zaman ən acımasız xətəlik olan xərçəngə tutulduqları məlumdur. Ancaq onlardan bəziləri şanslı olduqları üçün bu xəstəliyə qalib gələ biliblər.

Dünyada bir çox məşhur insanların zaman-zaman ən acımasız xətəlik olan xərçəngə tutulduqları məlumdur. Ancaq onlardan bəziləri şanslı olduqları üçün bu xəstəliyə qalib gələ biliblər.

Xərçəng xəstəliyinə qarşı mübarizə aparıb qalib gələn məşhurlar bunlardır:

Dastin Hoffman

75 yaşlı aktyor Dastin Hoffman “XX əsrin taunu” hesab olunan xərçəng xəstəliyinə qarşı mübarizə edərək sağalıb. Aktyorun xərçəngin hansı növündən əziyyət çəkdiyi məlum deyil. Lakin Hoffmanın hələ də profilaktik müalicə kursu keçmək lazım olduğu bildirilib.

Kayli Minouq

2005-ci ildə Kayli Minouq süd vəzisinin xərçənginə tutulub. Müğənni bu xəstəliyə qarşı mübarizə aparmaqdan heç vaxt vaz keçməyib. Bir il ərzində Minouq şişin çəkilməsi üçün kimyaterapiyadan keçib. Mütəmadi müalicədən sonra o xəstəliyə qalib gələrək səhnəyə qayıdır. Həmin vaxtdan etibarən müğənni fast-fud və qazlı içkilər kimi zərərli məhsulları qida rasionundan çıxarıb.

Maykl Duqlas

Məşhur Hollivud aktyoru Maykl Duqlas 2010-cu ilin avqustunda qırtlaq xərçəngi xəstəliyinə tutulduğunu bilib. Duqlas siqaret aludəsi olduğundan xərçəngin səbəbi bununla bağlı olub. Onun xəstəliyi çox ağır idi, həkimlər onun sağalma ehtimalının az olduğunu söyləmişdilər. Bunun üçün aktyor arvadı Ketrin Zeta-Consla çəkilişlərdən imtina edərək uşaqları ilə birgə gəmi səyahətinə çıxır, çünki bu son görüş ola bilərdi. Ancaq xəstəliklə mübarizə effektiv olur. 2011-ci ildə Duqlas KİV-ə xəstəliyə qalib gəldiyini bildirir.

Anasteyşa

Məşhur amerikalı müğənni Anasteyşa 2003-cü ildə süd vəzisi xərçənginə tutulur. Onun bu xəstəliyi təsadüfən aşkar olunur. Belə ki, şiddətli ağrılara görə sinəsindən əməliyyata hazırlaşan müğənninin süd vəzisində şiş tapılır. Əməliyyatdan və kimya terapiya kursundan sonra o səhnəyə qayıdır. Lakin 2013-cü ilin martında müğənninin süd vəzisində xərçəng şişi yenidən aşkar edilir. İyul ayında isə KİV-ə açıqlama verən Anasteyşa xərçəngdən tamamilə azad olduğunu bildirir.

Ancelina Coli

2013-cü ildə məlum olur ki, məşhur aktrisa Ancelina Colinin süd vəzisinin xərçəngi xəstəliyinə tutulma riski yüksəkdir. Onun anası 56 yaşında məhz bu xəstəlikdən ölüb. Bu ilin aprelində Coli xəstəliyin yeganə profilaktikası olan əməliyyatla süd vəzilərindən xilas olub. Sonra o, bu barədə ictimaiyyətə açıqlama verib. İctimaiyyət Colinin bir çox qadınların risk etmədiyi bu addımını yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm