Tabloid.az
Brilliant düşmənlərini utandırdı – Fotolar
Brilliant Dadaşova Publika.az-a açıqlama verərək erməni olayını susduracaq cavab verdi.
Bir neçə gün əvvəl KİV-də xalq artisti Brilliant Dadaşovanın ABŞ-ın Nyu-York şəhərində ”Big Apple Music Awards” mükafatı alması, ona 30000 dollar məbləğində pul və son model ”Mercedes” markalı avtomobil bağışlanması barədə xəbər bir çoxlarını sevindirsə də, bəzilərini narahat edib. Belə ki, gün ərzində müxtəlif media nümayəndələrinə anonim zənglər və maillər göndərən adamlar peyda olub. Bu zəng və məktublarda xalq artistinə gah avtomobil bağışlandığı, gah da müğənninin ermənilər tərəfindən mükafatlandırıldığı iddia olunur. Bütün bunlarla bağlı müğənninin prodüseri belə açıqlama verib: "Brilliant xanım qeyd olunan mükafatlandırma mərasiminə milliyətcə yəhudi olan Zarina Yusupovanın dəvəti ilə qatılıb. Layihədə Brilliant xanımla yanaşı dünyanın müxtəlif yerlərindən tanınmış ulduzlar iştirak edib. Daha sonrakı günlərdə isə bizim diasporumuzun Respublika günü ilə bağlı tədbirlərində iştirak edib və orada da fəxri fərmanla təltif olunub. Onların rəsmi saytlarında da Brilliant xanıma bağışlanan avtomobilin fotosu var və tezliklə hədiyyə Bakıya gətiriləcək. Layihənin təşkilat qrupundakı 30 nəfərdən üçünün erməni olması, düşünürük ki, bu qədər şişirdilməməlidir. Əksinə, bu, bizim üçün yox, ermənilər üçün problem ola bilər. Brilliant xanımı isə bu uğuruna görə təbrik etmək lazımdı. Çünki onun sənətinin gücü çoxlarını məftun edir və bu sənətin qarşısında hətta düşmənlər də gücsüzdürlər. Brilliant xanım Nyu-Yorkun Master Theatre zalında keçirilən mükafatlandırma mərasimində Azərbaycan bayrağını dalğalandıraraq elə ermənilərin dəfələrlə bizdən oğurladıqları "Vokalız" mahnısını ifa edib. Məsələ bəzi ağzıgöyçəklərin hallandırdıqları kimi olsaydı, elə öz müğənnilərini gətirib oxudardılar. Bununla da Brilliant Dadaşovanın timsalında Azərbaycan musiqisinin təkrarolunmazlılığı sübut olunmazdı".
Cəvahir Səlimqızı
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi