• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Sarıköynəklə Valehin nağılı”na ictimai baxış oldu - FOTOLAR

“Sarıköynəklə Valehin nağılı”na ictimai baxış oldu - FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşaya ictimai baxış keçirilib.

Publika.az-ın məlumatına görə, görkəmli dramaturqun anadan olmasının 100 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

İki zəhmətkeş və namuslu gəncin saf və təmənnasız məhəbbətindən, onların qarşılaşdığı çətinliklərdən, təmiz adlarının ləkələnməsindən xilas olmalarına kömək edən xeyirxah hüquq mühafizə işçilərinin prinsipial işindən bəhs edən ikihissəli məhəbbət dastanı gəncləri qarşılıqlı, saf məhəbbətə, halal əməyə və cəmiyyətdə baş verən neqativ hallara qarşı mübarizə aparmağa səsləyir.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edib.

İctimai baxışda iştirak edən teatrın bədii şura üzvləri yeni səhnə əsəri haqqında yüksək fikirlər söyləyərək, tamaşanın uğurlu alındığını vurğulayıblar.

Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan yeni tamaşanın premyerası iyunun 20-si saat 19.00-da baş tutacaq.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR