Faiq Ağayev Rəhimi utandırdı
Bizi izləyin

Tabloid.az

Faiq Ağayev Rəhimi utandırdı

Faiq Ağayev Rəhimi utandırdı

Xalq artisti Faiq Ağayev sosial şəbəkədə Rəhim Rəhimli barədə paylaşım edib: “Rəhim Rəhimli iki gündən sonra özünə gəldi”.

Publika.az-ın məlumatına görə, Rəhim Rəhimli Faiq Ağayev haqqında dediklərindən peşman olaraq sosial şəbəkədəki profilində belə yazmışdı:

“Ötən həftə maqazin verilişlərinin birində xalq artisti Faiq Ağayev haqqında işlətdiyim fikirlərin heç biri təhqir ehtiva etmədiyi halda, bəzi internet portallarının qoyduğu başlığı dəyərli Faiq Ağayev belə qəbul edib. Dəyərli media mənsubları, diqqətinizə çatdırım ki, mən özümdən yaşda və təcrübədə böyük şəxsi təhqir edəcək mədəniyyətə sahib deyiləm. Səsləndirdiyim fikirlər Faiq Ağayevin “Facebook” səhifəsində yazdığı statusa əsaslanır. Təəccübləndiyim məqam odur ki, Faiq bəyin fikirlərini təhrif etmədən səsləndirdiyim halda, bunun nəyi yanlış anlaşılıb? Nə xoş təsadüfdür ki, “Qızıl şlyaqer”in yazdığı statusla mənim o gün ifa etdiyim mahnı üst-üstə düşüb. Xalq artistinin fikrindən olduğu kimi istifadə etmişəmsə və mahnımla əlaqələndirmişəmsə, bunun arxasında niyə bədniyyət olmalıdır? Müsahibəmdə də bildirdiyim üzrə acizanə düşüncəm odur ki, hələ də uğurları təkrarlana bilməyən xalq artistimiz Faiq Ağayevdir. O, gənc yaşda əməkdar artist, xalq artisti adını almış heç bir rəqibi olmayan sənət adamıdır”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm