Rasim Balayev nazirlikdən gileyləndi
Bizi izləyin

Tabloid.az

Rasim Balayev nazirlikdən gileyləndi

“Dövlət sifarişi ilə çəkilən filmlərdə də mənə rol verilmir”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycanın Xalq artisti Rasim Balayev deyib.


R. Balayev bildirib ki, hazırda işsizdir və bu vəziyyətdən çox narahatdır:

“Yaxşı olar ki, buna Mədəniyyət və Turizm Nazirliyindən cavab versinlər. Niyə mənə iş yoxdur? Gözlədim, amma filmə çəkilmək üçün dəvət gəlmədi”.


R. Balayev ona şifahi dəvət gəldiyini də inkar etməyib: “Teleseriallardan dəvət olur. Amma ssenarini bəyənmədiyimdən çəkiliş üçün razılıq vermədim. Yəni xoşuma gəlmədi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm