• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - Fotolar

Kürən saçları ilə dünyanı özünə məftun edən qadın - Fotolar

Bu gün "Onların stili" layihəsində sizə kürən saçları, mavi gözləri, mehriban gülüşü və isti baxışları ilə hamını özünə heyran qoyan Məryəm Üzərlinin geyim tərzindən bəhs edəcəyəm.

1982-ci ilin 12 avqustunda 4 uşaqlı ailədə dünyaya gələn Məryəm evin ikinci uşağı olub.

Türk atası, alman anası olan bu gözəl xanım Kassel şəhərində doğulub, amma sonradan ailəsi Hamburqa köçüb.

Burada aktyorluq və teatr üzrə təhsil alan Məryəm o illərdə bu qədər populyar olacağını ağlına belə gətirməyib.

"Möhtəşəm yüz il" serialındakı Hürrəm sultan obrazı ilə şöhrət qazanan Məryəm daha sonra iş adamı Can Atəşlə olan münasibəti ilə gündəmə gəldi. Can Atəşin etiraz etməsinə baxmayaraq, qızı Laranı dünyaya gətirən aktrisa cəsarətli addımlar atması və səmimiliyi ilə bir daha pərəstişkarlarının ürəklərini fəth etdi.

Aktrisa Almaniyada bir çox seriallarda və filmlərdə rol alsa da, əsl şöhrətin dadını Türkiyədə hiss edib. "Möhtəşəm yüz il" serialında canlandırdığı Hürrəm sultan rolu ilə bir anda populyarlaşan Məryəm sadəcə aktrisalıq bacarığı ilə deyil, həm də gözəlliyi ilə hamının sevimlisinə çevrildi.

Məryəmin gözəlliyi sayəsində "Möhtəşəm yüz il" reytinq rekordları qırdı, aktrisa isə bütün qadınların stil ikonasına çevrildi. Tarixi bir serial olmasına və qrimlərin, aksessuarların keçmiş dövrləri xatırlatmasına baxmayaraq Hürrəm sultanın hər aksessuarı, hər saç modeli maraqla qarşılandı.

Elə həyatda da Məryəm Üzərlinin geyim tərzi və saç modellərini qadınlar təqib etməyə başladılar.

1.72 sm boyu, gözəl mavi gözləri və kürən saçları olan bir xanımın qarderobunda nələr var? Bax bu sual hamını maraqlandırır.

Amma biz Məryəmin qarderobundan öncə saç stillərinə nəzər salmaq istəyirik. Çünki onun geyimlərindən çox saçları diqqət çəkir və qadınların rəğbətini qazanır.

"Möhtəşəm yüz il" serialı yayımlandıqdan iki həftə sonra İstanbul küçələrində bir anda kürən saçlı qadınların sayı artdı. Həmin illərdə hamı salonlara üz tutaraq "Hürrəm saçı" istəməyə başlamışdı. Elə indi də bu diqqət çəkən və qadına seksuallıq bəxş edən saç rəngi dəbdədir.

Düzdür, artıq Məryəm Üzərli öz imicini dəyişib, saçlarını başqa rəngə boyayıb. Amma hələ də onun "Hürrəm saçı" müzakirə edilir.

Məryəmi adətən ortadan ayırdığı, iri dalğalı saçları ilə görməyə alışmışıq. Bu model təbii və gənc bir görüntü vermək üçün idealdır. Saçı buruq olan xanımlar bu modeldən rahatlıqla istifadə edə bilərlər.

Meryem Uzerli Saç Modelleri

Bu saç modelində isə iri dalğalı saçını yana atıb. Tünd rənglərin hakim olduğu makiyajı sayəsində həm saç rəngi daha canlı görünür, həm də üz cizgiləri daha cəlbedici olub.

Meryem Uzerli Saç Modelleri

Hürrəm Sultanın da, Məryəmin də ən çox müraciət etdiyi saç modeli budur. Aktrisa həm dalğalı, həm də düz saçlarını yarım toplayaraq rahatlıqla şıqlığın harmoniyasını yarada bilir.

Meryem Uzerli Saç Modelleri

Bu saç modelinə şərh yazmağa ehtiyac yoxdur. Möhtəşəm!

Meryem Uzerli Saç Modelleri

Hamı bilir ki, mavi gözlü xanımlara ən çox qara rəng saçlar yaraşır. Elə Məryəmə də. Ancaq onu Hürrəm sultan rolunda görüb, kürən saçlı Məryəmə öyrəşənlər bu fikri qəbul etməyə bilərlər. Bilmirəm diqqət etdinizmi, gözəl aktrisa bu fotoda məşhur müğənni Keti Perriyə oxşayır.

Meryem Uzerli Saç Modelleri

Bir insana hər saç rəngi yaraşa bilərmi? Əgər bu Məryəm Uzərlidirsə, bu sualın cavabı "bəli" olacaq. Gördüyünüz kimi sarı rəng saç da aktisada çox yaxşı qalıb.

Meryem Uzerli Saç Modelleri

Məryəm saçlarını ortadan ayırıb, arxadan toplamağı da çox sevir. Bu saç modeli onun üz cizgilərinə çox yaraşır və məsumluq bəxş edir.

Meryem Uzerli Saç Modelleri

Hürrəm sultan stilinin vaz keçilməz detalı saç aksessuarlarıdır. Gündəlik həyatda olmasa da, serialda Məryəmi saç aksessuarı olmadan görmək mümkün deyil. Hürrəm sultan tacı adlandırılan bu aksessuarları hər saç modeli ilə istifadə etmək mümkündür.

Meryem Uzerli Saç Modelleri

Onu da deyim ki, aktrisa fərqli saç stillərində görünməyi çox sevir. O, "İnstagram"da tez-tez fərqli pariklərlə çəkilmiş fotolarını paylaşır. Məryəm fərqli rəng və modellərdə olan saçları ilə fotoqraf dostu Urban Rufa pozalar verir.

meryem uzerli peruk kolaj

Məryəm Üzərlinin saçlarından söz düşmüşkən onun saç şampunu reklamında rol aldığını qeyd etmədən keçmək olmaz. Bəli, "Elidor" firması Hürrəmin saçlarına olan marağı nəzərə alaraq Məryəm Üzərlini öz siması seçib. Həcmli və parlaq saçları ilə olduqca gözəl görünən aktrisa reklam rolikində gözəl saçlarının sirrini xanımlarla bölüşüb.

Həmişə təbiiliyə üstünlük verən Məryəm Üzərli gündəlik həyatda çox sadə geyinsə də, dəvətlərə şıq geyimlərdə gəlir.

Onun möhtəşəm ziyafət libasları qatıldığı dəvətlərdə həmişə diqqət mərkəzində olur. O, göz və saç rəngini ortaya çıxaran geyimlərə üstünlük verir.

Xüsusilə qırmızı, mavi və qara rəngli paltarlarda özünü rahat hiss edir. Daha çox maksi donlar geyinir, ancaq onu qısa geyimlərdə də görmək mümkündür. Daha çox sinə dekoltesinə üstünlük verir.

Onu da qeyd edim ki, aktrisa "Möhtəşəm yüz il" serialında sinə dekolteli paltarlar geyinmək üçün slikon da qoydurmuşdu.

Dəvətlərin göz qamaşdıran gözəlçəsinə çevrilən Məryəm gündəlik həyatda rahatlığa üstünlük verir. O paparassilərin fotokameralarına adatən şapka, günəş eynəyi, qısaqol mayka, şort, ayağında səndəllə tuş gəlir.

Modanı izləmədiyini deyən aktrisa qarderobunda hər tərzə uyğun geyim olduğunu bildirir.

Cinslərə, xüsusilə, cins şortlara aludəçi olan gözəl hiss etdiyi kimi geyindiyini deyir: "Necə hiss etsəm, ona uyğun geyinirəm. İnsanlar mənim şıq olmadığımı düşünə bilərlər və "kaş Məryəm daha gözəl geyinər" deyə bilərlər. Amma mən yuxudan oyananda özümü yaxşı hiss edəndə yaxşı, pis hiss edəndə isə rahat və sadə geyinirəm. Rənglərin uyğunluğu mənim üçün önəmli deyil".

Aktrisa o qədər sadə geyinir ki, İstanbula gələnə qədər onun sadəcə hər mövsüm üçün 4-5 ayaqqabısı olub. Ancaq İstanbula gəldikdən sonra dəvətlərin sayı artdığı üçün geyimlərə daha çox pul xərclməli olub. Gündəlik həyatda idman ayaqaqabılarına və səndəllərə üstünlük verən gözəlçə müsahibələrinin birində Türkiyəyə gələnə kimi hündürdaban ayaqqabı geyinmədiyini açıqlayıb.

Almaniyadakı sadə həyatından ayrılıb Türkiyədə dəb ilahəsinə çevrilən Məryəm bir çox jurnalların üz qabığına da çıxıb. Onun populyarlığından və gözəlliyindən yaxşı mənada faydalanmaq istəyən bir-birindən məşhur nəşrlər aktrisanı üz qabığına çıxartdılar. Bunlardan biri "İnstyle" jurnalı idi. Jurnal üçün edilən fotosessiya zamanı Məryəmin əsasən, göz rəngi və üz gözəlliyi vurğulanıb.

Meryem Uzerli Stili

Meryem Uzerli Stili

Meryem Uzerli Stili

Məryəmin üz qabığında yer aldığı bir digər jurnal isə "Marie Claire" olub. Bu fotosessiyada isə aktrisa cəsarətli pozaları və dekolteli geyimləri ilə yadda qalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR