Stiven Kinqin yeni kitabının sirri
Bizi izləyin

Tabloid.az

Stiven Kinqin yeni kitabının sirri

Məşhur Amerika yazıçısı Stiven Kinq Facebook sosial şəbəkəsində öz səhifəsində yeni “Oyanış” (Revival) romanının üz qabığını yayımlayıb. Üz qabığındakı təsvirdə kitabın sirləri gizlənib. Şəkil müəyyən miqdarda bəyənmə aldıqdan sonra internet istifadəçiləri üçün təsvirin yeni kvadratı açılacaq.

Stiven Kinqin 58-ci kitabı olacaq bu nəşr 11 noyabr 2014-cü ildə ABŞ-da satışa çıxarılacaq. Romanda əsərin qadın qəhrəmanına aludə olan gitaraçı Ceymi Morton haqqında danışılır. Morton ABŞ-ı səyahətə çıxır və keçmiş keşiş Çarlz Ceykobsa rast olur. Keşiş bir vaxtlar Ceyminin doğma şəhərinə gəlmiş, lakin inamında məyus olmuşdu. Kişilər heç şeytanın da ağlına gəlməyən bir işbirliyi qururlar. Qeyd edək ki, kitabdakı hadisələr XX əsrin ortalarında cərəyan edir.

Yazıçı öz səhifəsində üz qabığı ilə yanaşı romandan bir parça da yerləşdirib:

“Bir tərəfdən, həyatımız əsl film kimidir. Baş rollarda da ailə üzvlərimiz və dostlarımızdır. İkinci dərəcəli personajlar – qonşular, həmkarlar, müəllimlər və tanışlar... Ancaq bəzən həyatımıza elə insan daxil olur ki, bu kateqoriyaların heç birinə uyğun gəlmir...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm