Afaq Bəşirqızı: “Ad günümü xaricdə qeyd edəcəyəm” – FOTO
Bizi izləyin

Tabloid.az

Afaq Bəşirqızı: “Ad günümü xaricdə qeyd edəcəyəm” – FOTO

Bu gün xalq artisti, sevilən sənətkarımız Afaq Bəşirqızının doğum günüdür. Biz də aktrisanı təbrik etdik.

Publika.az-a təəssüratlarını paylaşan Afaq xanım hazırda xarici ölkələrin birində dincəldiyini dedi. Doğum günündə özünü yaxşı hiss etdiyini söyləyən aktrisa ad gününü də qeyd edəcəyini bildirdi: “İnşallah, burda ailə daxilində yığışıb qeyd edəcəyik. Əsas odur ki, özümü yaxşı hiss edirəm və hər şey yaxşıdır”.

Qeyd edək ki, Afaq Bəşirqızı 1955-ci ildə Bakı şəhərində anadan olub. 1974-1979-cu illərdə Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunun mədəni maarif fakültəsində təhsil alıb.

Aktyorluq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teartında başlayıb. 1975-ci ildə fəaliyətini Sumqayıt Dövlət Dram Teatrında davam etdirib. Burada klassik və müasir dramaturqların əsərlərində baş rolları ifa edərək, şöhrət qazanıb. Onun "Bəxt üzüyü" tamaşasında yaratdığı Söylü obrazı öz koloritinə, yüksək bədii keyfiyyətlərinə görə klassik nümunədir. 1989-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət alıb. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində aktyorluq kursunda dərs deyir. Aktrisa Musiqili Komediya Teatrında bir-birindən gözəl rollar yaradıb.

Afaq xanım televiziya tamaşalarında yaratdığı Zəhra xalaqızı ("Yaşıl eynəkli adam"), Suğra ("Bala başa bəla"), Darçınbəyim ("Evləri köndələn yar"), Ayka ("Yarımştat"), Gülya ("Nekroloq") rolları ilə daha da məşhurlaşıb.

Publika.az adından sevilən aktrisamıza uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm