• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Tanınmış müğənni aparıcı Mikayılı “baltaladı” - FOTOLAR

Tanınmış müğənni aparıcı Mikayılı “baltaladı” - FOTOLAR

Tez-tez efirə çıxmasa da, xalq arasında yetərincə tanınır və sevilir. Hər halda, müsahibənin gedişində bunu ətrafdan olan reaksiyalardan sezmək mümkün idi. Amma nədənsə, kimdənsə incikdir. Daha doğrusu, hazırda çox populyar olan bir teleaparıcıdan. Elə Elşad Qarayevlə müsahibəmizin əsas hissəsini də məhz bu məqama həsr etdik.

- Elşad müəllim, niyə efirlərdə az-az görünürsünüz?

- Hamımız bilirik ki, efirlərin əksəriyyəti pulludur. Ödənişsiz dəvət edən hər verilişə də çıxmaq olmur. Gərək orada səninlə qonaq olan adam özünə, yaşına, səviyyənə uyğun gəlsin. Amma qulağıma çatanlara görə, bəzi ağzıgöyçəklər də var ki, onlar niyə məni verilişə çağırmadığı barədə soruşublar. O da cavab verib ki, onun kimilər mənim verilişimin reytinqini aşağı salırlar.

- Bildiyimə görə, söhbət teleaparıcı, “Sevimli şou”nun aparıcısı Mikayıl Güləddinoğludan gedir. Səmimi fikrinizi bilmək istərdim. Sizcə, doğrudanmı, həmin verilişə çıxsanız, reytinq aşağı düşə bilər?

- İndiyədək hansı verilişə çıxmışamsa, reytinq, əksinə, yuxarı olub.

- Bu barədə Mikayıl Güləddinoğlu ilə şəxsən söhbətiniz olub?

- Söhbətimiz olub, amma boynuna almayıb.

- O, “verilişimin reytinqini aşağı salırlar” sözünü kimə demişdi?

- Bu yaşımda durub ad çəkəsi deyiləm ki.

- Ola bilərmi ki, hansısa söhbət ödənişlə bağlıdır?

- Yox, pul söhbəti olmayıb. Özünüz fikir verin. Həmin verilişə çıxanlar təxminən on nəfərdir, hamısı eyni simalardır: Nazənin, Aşıq Mübariz, Manaf Ağayev, Baloğlan Əşrəfov, Mətanət Əsədova. Hər birinə də hörmətim var.

- Sizcə, ifanıza və pərəstişkarlarınıza görə bu sənətçilərdən geri qalırsınız?

- İnanmıram, elə olsun. Əksinə, pərəstişkarlarım soruşur ki, o verilişə niyə çıxmırsan? Mən onlara deyə bilmərəm ki, aparıcı belə söz deyib.

- Bu müsahibədən sonra dəvət eləsə, gedərsiniz?

- Yox, onun belə danışığından sonra həmin verilişə çıxmaram. Hətta bir ara belə söhbət oldu ki, dəvət etmək fikri var.

- Bəs oğlunuz Rəvan Qarayevi dəvət etsə, razı olarsınız?

- Yox, Rəvana da icazə vermərəm onun verilişinə çıxsın.

- Amma Rəvan uşaq deyil. O yaşda birinin qərarına qarışmaq nə dərəcədə doğrudur?

- Əgər Rəvanın bir adamla arası yoxdursa, deməli, mənim də həmin adamla aram yoxdur.

- Eynisi Rəvan üçün də keçərlidirmi?

- Bəli, özündən soruşun, təsdiqləyəcək dediklərimi. Ora çıxanların hamısı məni istəmir ki. Onların içərisində də məni istəməyənlər var.

- Baloğlan Əşrəfov sizi istəmir?

- Elə məni ən çox istəyən Baloğlandır.

- Bəs Nazənin?

- O da məni çox istəyir.

- Manaf Ağayev?..

- İstəyir.

- Aşıq Mübariz?..

- Bəlkə də, o istəmir.

- O saz ifaçısı, siz müğənni. Nə şərik malınız ola bilər?

- Nə olsun, bunun dəxli yoxdur. Mübariz həm də oxuyur da.

- Mətanət Əsədova ilə aranız necədir?

- Dostumdur.

- Deyirsiniz ki, ora çıxanlar məni istəmirlər. Həmin verilişə də, adətən, adını sadaladığım ifaçılar çıxırlar. Kimin adını çəkdimsə, razılıq etdiniz. Bəs kimdir ki, sizi istəməyən?

- Mikayılın özü məni istəmir. Mikayıl bəyəm şeir deyəndi, aktyordu? Aparıcıdır da. Niyə bu adam hər verilişdə “Ana” şeiri deyir? Heç olmasa, aktyorlardan üzr istəsin, sonra şeir desin. O şeir deməkdir? Onsuz da camaatı aldadır. Ana haqqında şeiri ayda, ildə bir dəfə deyərlər. Bir dəfə gürcülərlə bizimkilər süfrə arxasında oturublarmış. Gürcülər hər dəfə analarının sağlığına içirlər. Bizimkilər isə yalnız məclisin axırında ana haqda sağlıq deyiblər. Səbəbini soruşanda azərbaycanlılar cavab veriblər ki, çünki analar həmişə bizim qəlbimizdədir, onları unutmuruq. Bu adam verilişi elə günə qoyub ki, oxuyanlar da ancaq analardan oxuyurlar. Bəyəm ata, qardaş yoxdur? Bəyəm vətən yoxdur? Ona qarşı istək yoxdur? Ona görə belə şeylərlə özünü sığortalayır.

- Deməli, onun aparıcılığından da narazısınız...

- Aparıcı kimi o, yaxşı idman verilişləri apara bilər. Səsinin həyəcanlı tembri var, idman verilişinə gedər. Mikayıldan yaxşı futbol şərhçisi olar.

- Bir az da yaradıcılığınızdan danışaq.

- Yaradıcılıq elədir ki, həmişə işləmək olmur. Son iki ayda 17-18 mahnı yazdırmışam. Amma hələlik heç birini efirdə oxumamışam.

- Hamısı bəstəkar mahnılarıdır?

- Bəstəkar mahnıları da var, xalq mahnıları da.

- Müğənnilərin əksəriyyəti toyların azlığından gileylənir. Doğrudanmı, toylarınız azdır?

- Bu aylarda toylar azdır, hamı istirahətdədir. Toylar sentyabrda başlayacaq.

- Sirr deyilsə, toy qiymətiniz nə qədərdir?

- Damara baxıb qan alırıq.

- Ən yaxşı damardan nə qədər qan alırsınız?

- 3500 manat.

- Bəs zəif damardan?

- Elə o qədər.

- Bəs lap babat damar olanda?

- Onda qiymət 6 mini keçir.

- Adətən, yaşlı sənətkarlardan bəyəndiyi gənc ifaçılar haqqında soruşuram. İndi bir neçə ad çəkəcəyəm və sizin fikirlərinizi öyrənəcəyəm. Məsələn, Elton Hüseynəliyevi bəyənirsiniz?

- Yaxşıdır.

- Abbas Bağırov?..

- Abbas çox yaxşıdır, püxtələşib.

- Sevda Yəhyayeva?..

- Gənclərin içində yaxşıdır. Sevdanı əvvəl bəyənmirdim. Sonra gördüm ki, toylarda yaxşı bəstəkar və xalq nahnıları oxuyur.

- Günay İbrahimli?..

- O qarpız klipi? Belə də...Pis deyil, gedər.

- Niyə məhz qarpızla yadınızda qalıb bu ifaçı?

- Nəsə, o mahnıları həzm edə bilmirəm...

İntiqam Valehoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR