• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

0888 888 888 nömrəsinin faciəli sirri: 10 dəhşətli lənət - Foto

0888 888 888 nömrəsinin faciəli sirri: 10 dəhşətli lənət - Foto

Bir çoxlarımız üçün lənət kəlməsi inanılmaz güc, həqiqət olmayan bir məvhum kimi qəbul edilir. Ancaq qəbul etmək lazımdır ki, indiki dövrdə də lənətdən qorxanlar var. Müasir və keçmiş həyatda yaşanan bəzi qeyri-adi hadisələr lənətin həqiqətən mövcud olduğuna inam yaradır.

Publika.az dünyada reallaşmış 10 ən qəribə lənəti təqdim edir.

Buz adam lənəti

1991-ci ildə Alp dağlarında 5 min yaşı olduğu təxmin edilən buz adam tapılır. Buz adamın kəşfini araşdıran 7 arxeoloq 13 il ərzində müxtəlif şəkildə vəfat edirlər - biri qəzada, biri qar çovğununda, digəri isə uçurumdan yıxılmaqla. İndiyə qədər də Buz adamın kəşfi ilə bağlı sona qədər araşdırma aparmaq mümkün olmayıb. Buz adam modern zamanların ən məşhur lənətlərindən biri kimi tanınır.

Ağlayan uşaq tablosu

Hələ də bir çox evin divarını bəzəyən ağlayan uşaq tablosu bir müddət çox məşhur idi. Ancaq vaxt keçdikcə bu tablonun olduğu evlərdən yanğın və partlama xəbərləri gəlib. Bu hadisələrdən sonra tablo “lənətlənmiş” bir şey kimi qəbul edilməyə başlanıb. Bu tablonun qurbanı olan ev sahibləri deyir ki, evdəki bütün əşyalar kül olsa da, tablo sağlam qalıb.

Supermən lənəti

Bu günə qədər Supermənlə bağlı çəkilmiş film və seriallarda bu xarakteri canlandıran aktyorların əksəriyyəti müxtəlif formada vəfat edib. 1950-ci illərdə bir filmdə Supermən obrazını canlandıran Georq Rives 1951-ci ildə otağında müəmmalı şəkildə ölü tapılır. Ehtimala görə o, intihar etmişdi. Superməni canlandıran aktyorlar arasında ən çox tanınan Xristofer Riv isə 1995-ci ildə atdan yıxılaraq iflic olur. 52 yaşında vəfat edən aktyor o zamana qədər hələ də sağalmamışdı.

“27 Kulubu” lənəti

"27 Kulubu" adı ilə məşhur olan musiqi qrupu əfsanəvi rok müsiqiçilərinin toplaşdığı bir qrup idi. Ən maraqlısı isə odur ki, qrupun bütün üzvlərini birləşdirən ortaq cəhət onların hamısının 27 yaşında vəfat etməsidir. Emi Vihaus, Kurt Cobain, Cimi Hendriks, Yanis Coplin, Robert Conson və Cim Morrison kimi məşhurlar qupun 27 yaşlı qurbanlarıdır.

0888-888-888 telefon nömrəsi lənəti

Bolqarıstanda 0888 888 888 nömrəli xətti son 10 ildə istifadə edən hər kəs dünyasını dəyişib. Bu səbəbdən şirkət bu nömrəni ləğv edir. Nömrənin ilk sahibi Vladimir Qraşnov 48 yaşındaykən xərçəngdən vəfat edir. Daha sonra Bolqar mafiya başçısı Konstantin Dimitrov bu nömrədən istifadə edir. Dimitrov da 31 yaşında bir qatil tərəfindən öldürülür. Ondan sonra eyni nömrəni şirkətdən alan iş adamı Konstantin Dişliev də silahla vurularaq öldürülür.

Koh-i Nur almazı lənəti

Bu almazın lənəti isə olduqca qəribədir. Ona sahib olan bütün qadınlar həyatlarını olduqca imanlı və yüksək səviyyədə keçirərkən, almaza sahib olan kişilər faciəvi şəkildə ölür. Bu səbəbdən Koh-i Nur almazını dünyada qadınların yaxşı dostu kimi təqdim edirlər. /Axar.az /

Xəbər lenti

DAHA ÇOX XƏBƏR