Gözəllər jurnalistlərlə Bakıda – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Gözəllər jurnalistlərlə Bakıda – FOTOLAR

Sentyabrın 12-də "Miss Globe International" 89-cu Beynəlxalq gözəllik müsabiqəsinin təşkilatçıları ilə görüş keçiriləcək.

Publika.az-ın məlumatına görə, "Miss Globe International" müsabiqəsinin finalı ilk dəfə Azərbaycanda sentyabrın 14-də, "Baku Crystall Hall"da keçiriləcək. Müsabiqəni RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir.

Finalda iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

"Miss Globe International" dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irqindən, dinindən və milliyətindən asılı olmayaraq, 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm