London moda həftəsində məşhur brendin yeni kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

London moda həftəsində məşhur brendin yeni kolleksiyası - Fotolar

Matteyu Villiamsonun yaz-yay 2015 kolleksiyasının icmalı

Matteyu Villiamsonun kolleksiyası bir daha sübut edir ki, yaz-yay mövsümlərində 70-ci illərin geyim stili dəbdə olacaq. Dizaynerin ilham pərisi isə yapon əsilli, moda dünyasının populyar siması Mari Helvin olub. Qeyd edək ki, model bu il 62 yaşını qeyd edir.

Bu mənada dizayneri başa düşmək olar: modelin 62 yaşı olmasına baxmayaraq, hələ də gözəl görünür. Əbəs yerə onu 70-ci illəri şövqləndirən ən gözəl qadını adlandırmayıblar. Model 57 yaşında hətta alt paltarı reklamında çəkilməyə razı olmuşdu.

Mari çox nadir nümunədir ki, inandırıcı şəkildə sübut edir ki, yaşına baxmayaraq kişilərin həyatını rəngləndirir, həm də rahat şəkildə pensiyaya çıxmaq yaşına gəlsə də, dizaynerin ilham pərisi olmaq mümkündür. Dizayner öz kolleksiyasında Meri Helvinin timsalında 70-ci illərin ruhunu aydın şəkildə əks etdirə bilib.

Müəmmalı şərqin sakit və cənnət adaları yeni kolleksiyanın əsas naxışları hesab olunur. Kolleksiyadakı palma budaqları, dəvəquşu lələkləri, gül təsvirləri Helvinin Havay adalarında keçən həyatını əks etdirir.

Tabloid.az yeni kolleksiyasını təqdim edir:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm