Məşhur maneken övladını itirdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Məşhur maneken övladını itirdi - FOTOLAR

Türkiyənin tanınmış manekenlərindən olan Tuğba Özay maraqlı açıqlamalar verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət öncə geyindiyi transparan geyimlə diqqət mərkəzinə düşən Özay həmin libasa görə anası ona bərk hirsləndiyini söyləyib. Özay italyan həyat yoldaşı Ludoviç Fattizzo ilə boşanacaqları haqda yayılan xəbərlərə də aydınlıq gətirib:

“Verdiyim qərarlarda və atdığım addımlarda ailəmi düşünürəm. O libas dünyaca məşhur bir dizaynerin əl işidir və həyat yoldaşımın mənə hədiyyəsidir. Amma o gecədən sonra anam mənə çox bərk hirsləndi. Əslində orda pis heç nə yoxdur. Anamın üzüldüyünə görə İstanbulu tərk etdim. Həyat yoldaşımla boşanma qərarını verdiyimiz 4-5 ay olar. Son vaxtlar evliliyimizin formal xarakter aldığını görürəm. Səkkiz aydır həyat yoldaşımı görmürəm. İtaliyada nikaha girdiyimiz üçün boşanmalıyıq. Çünki oranın qanunları bunu tələb edir. Boşanma qərarı verəndən sonra telefon əlaqəmiz də kəsildi”.


T.Özay həyat yoldaşından boşanmağının əsl səbəbini də açıqlayıb. Onun bildirdiyinə görə, ayrı-ayrı ölkələrdə yaşamaqları bu evliliyi nöqtələyib:

“Ən böyük problemimiz 6 il yarımdır iki fərqli ölkədə yaşamaq və bir-birimizə istədiyimiz qədər vaxt ayıra bilməməkdir. Sevgimi ingiliscə yaşayıram. Həyat yoldaşım üçün türk dili müəllimi də tutmuşdum. O, beş dil bilir. Uşağımız olsaydı, bəlkə də, boşanmazdıq. Uşaqları görüncə “kaş bir övladım olsa” deyə düşünürəm. Keçmişdə bir uşağımı itirmişəm. İndi sağlamlığımdan şikayətim yoxdur. Ailəm xoşbəxt olmağımı istəyir. Həyat yoldaşım da hər zaman mənə dəstək oldu”.



İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm