Hüseyn Arifin 90 illik yubileyi qeyd olunacaq
Bizi izləyin

Tabloid.az

Hüseyn Arifin 90 illik yubileyi qeyd olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə oktyabr 20-də Azərbaycan Dövlət Filarmoniyasında Xalq şairi Hüseyn Arifin 90 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq.

Publika.az xəbər verir ki, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Hüseyn Arifin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Habelə, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq, şairlə bağlı maraqlı video-çarx göstəriləcək.

Qeyd edək ki, 1924-cü ildə Ağstafa rayonunda doğulan Hüseyn Arifin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib və ona "Xalq şairi" fəxri adı verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm