Səməd Səmədov boynuna aldı: “Buna görə yəhudi olduğumu deyirlər” – AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

Səməd Səmədov boynuna aldı: “Buna görə yəhudi olduğumu deyirlər” – AÇIQLAMA

Xalq artisti Səməd Səmədov keçmişi ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az-a danşan sənətçi bir vaxtlar həmkarı Əli Mirəliyevin sintezator ifaçısı olduğunu etiraf edib: “Əli orda-burda deyir ki, Səməd Səmədovun sintezator ifaçısı olmuşam. Düz deyir, mən onunla toylara getmişəm və əvvəllər sintezator ifaçısı olmuşam. Təkcə Əli Mirəliyevlə deyil, Azərbaycanın tanınmış sənət adamları ilə mütəmadi toy şənliklərində iştirak etmişəm. Buna görə utanmıram da. Toylara gedib, əziyyət çəkib, uşaqlarımı böyütmüşəm. O əziyyətin hesabına uşaqlarımı oxutmuşam, onlara ali təhsil vermişəm”.

Xalq artisti haqqında yayılan “Səməd Səmədov yəhudidir” şayiəsinə də aydınlıq gətirib: “Mən 35 il yəhudi toylarına dəvət almışam. Yəhudilər hər zaman məni öz məclislərində görmək istəyiblər. Onların arasında bu gün də dostluq etdiyim çoxlu sayda insanlar var. Buna görə də mənim yəhudi əsilli olmağım barədə şayiələr gəzib. Mənim atam da, anam da şamaxılıdır”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm