Tabloid.az
İslam Rrzayevin ad günüdür – FOTOLAR/VİDEO
Elə sənətkarlar var ki, dünyasını dəyişsə də, bizimlədir. Hər dəfə onların musiqisini dinləyəndə var olduqlarını hiss edirik. Belə sənətkarlardan biri də məlahətli səsi, bənzərsiz ifası ilə ürəkləri riqqətə gətirən İslam Rzayevdir.
Azərbaycan xalq mahnıları və muğamlarının mahir ifaçısı, Xalq artisti İslam Rzayevin bu gün doğum günüdür. Publika.az-ın məlumatına görə, ustad sənətkar milli musiqimizin inkişafında misilsiz xidmətlər göstərib. Bu gün də xanəndənin səsi musiqilərində yaşayır.
Xanəndə 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlib. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olan peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində alıb. Seyid Şuşinskinin sinifində muğam dəsgahlarını mükəmməl öyrənib, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olub. Həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri alıb, sənətini təkmilləşdirib. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirən xanəndə həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb.
Xanəndənin böyük məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonuduna daxil edilib, Azərbaycan musiqi xəzinəsini zənginləşdirib. Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılıb.
70-dən artıq qastrol səfərlərində olan sənətkar, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil edib. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınıb.
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 120-ə yaxın gənc ifaçı yetişdirən xanəndə, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunub.
Cəvahir
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu