• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

II Beynəlxalq Aşıq Festivalının açılışı oldu – FOTO

II Beynəlxalq Aşıq Festivalının açılışı oldu – FOTO

Dövlət Musiqili Teatrında II Beynəlxalq Aşıq Festivalının açılış mərasimi olub.

Publika.az-ın məlumatına görə, tədbirdə Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya Federasiyası və Azərbaycanın bütün bölgələrindən aşıqlar iştirak ediblər. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən festival Azərbaycan aşıq sənətinin beynəlxalq aləmdə tanıdılması, təbliği, milli mədəniyyətimizin inkişafında aşıq sənətinin rolunun artırılması, Azərbaycan aşıqlarının və aşıq-ozan sənətinin yayıldığı ölkələrin sənətkarlarının bir araya gətirilməsi məqsədi daşıyır.

Festival çərçivəsində M.F. Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr edilmiş “Aşıq Pəri” kitabının təqdimatı keçiriləcək. 13-17 noyabr tarixlərində Yevlax, Gədəbəy, Şəmkir, Qazax, Tovuz və Ucar şəhərlərində festival iştirakçılarının çıxışlarının təşkili nəzərdə tutulur. Festivala informasiya dəstəyini “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan aşıq sənəti 2009-cu ildə YUNESKO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na daxil edilib.

Heydər Əliyev Fondunun himayəsi ilə baş tutan I Beynəlxalq Aşıq Festivalı 25-30 oktyabr 2010-cu il tarixlərində keçirilib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR