Gülnaza görə saçını qırxdıran aktyor danışdı – FOTO
Bizi izləyin

Tabloid.az

Gülnaza görə saçını qırxdıran aktyor danışdı – FOTO

Ötən ay Üzeyir Hacıbəylinin Musiqili Komediya Teatrında premyerası keçirilən “O olmasın, bu olsun” tamaşası teatr ictimaiyyəti və tamaşaçılar tərəfindən böyük maraq və diqqətə səbəb olub.

Xüsusilə Azərbaycan Respublikasının əməkdar artisti Şövqi Hüseynovun canlandırdığı Məşədi İbad obrazı özünəməxsusluğu ilə diqqət çəkib. Şövqinin ifasında Məşədi İbad tamamailə yeni, fərqli, tamaşaçıda özünə qarşı rəğbət oyadan obrazdır.

“Necə oldu ki, Məşədi İbad bu qədər sevildi, belə bir uğur qazandı?” Publika.az-ın sualını aktyor belə cavablandırıb: “Çoxları elə bilir ki, Məşədi İbadı oynamağım Cənnət xanım Səlimovanın təklifidir. Amma əslində, bu təklif Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevdən gəlib. Bu məhz onun seçimidir. Mənimlə ilk dəfə bu barədə söhbət edərkən təklifi qəbul etmək istəmədim. Düşündüm ki, möhürü üstündə olan bir obrazı yeni ampluada təqdim etmək birmənalı qarşılanmaya bilər. Amma Əliqismət müəllim təkid etdi və məni inandırdı. Nəticədə, ortaya uğurlu bir iş qoya bildim. Bu həm də Əliqismət Lalayevin uğurudur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm