İran rejissoru azərbaycanlılar haqqında serial çəkir – FOTO
Bizi izləyin

Tabloid.az

İran rejissoru azərbaycanlılar haqqında serial çəkir – FOTO

İran və Türkiyənin müştərək layihəsi əsasında azərbaycanlıların Birinci Dünya müharibəsi dövründə yaşayışını əks etdirən serial çəkiləcək.


Publika.az-ın məlumatına görə, qəhrəmanının adı ilə “Ayatay” adlandırılacaq serialın istehsalına 2015-ci ilin martında başlanacaq. Serialın rejissoru və ssenari müəllifi iranlı kinorejissor Hüseyn Pursəttar, prodüseri Cəlil Əsgəridir.


Türkiyənin “Asli İslamoğlu” film şirkəti ilə birgə istehsal olunacaq serial İranın Şərqi Azərbaycan vilayətinin Təbriz, Vərzəqan, Əhər şəhərlərində və Tehranda çəkiləcək. Türkiyədə isə çəkilişlər İstanbul, Ankara və Ərzurum şəhərlərində aparılacaq. Filmin bəzi hissələrinin Azərbaycanda çəkilməsi də nəzərdə tutulub.


Serialda Türkiyə və İranın tanınmış aktyorları rol alacaqlar. Ekran əsəri Türkiyənin “SHOWTV” və İranın “Nomayesh” kanalında yayımlanacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm