Türklər Bakıda bizi təhqir etdi - Nazirlik araşdırmaya başladı
Bizi izləyin

Tabloid.az

Türklər Bakıda bizi təhqir etdi - Nazirlik araşdırmaya başladı

Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən Ankara Dövlət Teatrının “Nereye” tamaşası ilə bağlı baş verənləri araşdıracaq.

Bu barədə Publika.az-a nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib.

İ.Hümbətov qeyd edib ki, ilk dəfə olaraq Azərbaycanda Türkiyə Mədəniyyət Günlərinin keçirilməsi iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafına təkan verir:

“Noyabrın 23-də Türkiyənin mədəniyyət və turizm naziri Ömer Çelikin iştirakı ilə Heydər Əliyev Mərkəzində təntənəli açılış mərasimi oldu. Bu günə qədər tamaşalar, filmlər, sərgilər nümayiş etdirilib. Bu məsələ ilə bağlı müvafiq şöbəmizdə araşdırma aparılacaq”.

Qeyd edək ki, gənc aktyor, rejissor Elvin Adıgözəl dünən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən Ankara Dövlət Teatrının “Nereye” tamaşasından olan bir səhnəyə etiraz olaraq Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə müraciət edib. Aktyor axar.az-a açıqlamasında bunları deyib:

"Azərbaycanda keçirilən Türkiyənin Mədəniyyət Günləri çərçivəsində Akademik Milli Dram Teatrında göstərilən tamaşaya baxmağa getdim. Bu tamaşaya baxarkən çox pis oldum və Azərbaycan millətinin təhqir olunmasının şahidi oldum. Sanki Ankara Dövlət Teatrı Azərbaycana məhz bu milləti təhqir etmək üçün gəlmişdi. Tamaşa zamanı səhnədə olan aktyor, “Abi, biz azəriləri yanımızda ucuz işçi kimi işlədirik, deməli, bizi də xaricdə elə işlədəcəklər?"; “Abi, bizə görə hansı millətlər 2-ci kateqoriyadır? Bizdən şərqdə olanlar... Azərilər, iranlılar və s.” kimi cümlələr istifadə olundu. Hətta bununla kifayətlənmədilər. Tamaşa zamanı aktyor yüksək səslə dedi ki, “güc kimdədirsə, o üstündür. Yəni minən var və əzilən var”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm