“III Riçard”ı səhnəyə gətirdilər - FOTO
Bizi izləyin

Tabloid.az

“III Riçard”ı səhnəyə gətirdilər - FOTO

Dövlət Gənc Tamaşaçılar Teatrında ilin sonunadək daha bir yeni tamaşanın təhvil veriləcək. Hazırda məşqlərlə bağlı qızğın yaradıcılıq prosesi yekunlaşmaq üzrədir.

Publika.az-ın məlumatına görə, görkəmli ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun “III Riçard” tamaşasını bu ilin dekabrın 20-də öz sevimli tamaşaçılarına təqdim edəcək.

Azərbaycan teatrında uzun illər müraciət olunmayan “III Riçard” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

“III Riçard” tamaşasının premyerası 2014-cü ilin dekabrın 20-də saat 19.00-da baş tutacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm