Mətanət İsgəndərlidən dəhşətli etiraf: “Dedilər, onu güllələməlisən”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Mətanət İsgəndərlidən dəhşətli etiraf: “Dedilər, onu güllələməlisən”- FOTOLAR

“Mənə dedilər ki, sən onu güllələməlisən, çox qəddarlıqda öldürməlisən. Amma mənim buna ürəyim gəlmədi. Dedim ki, yox e, siz nə danışırsınız, belə eləsəm, adam üzünə çıxa bilmərəm. Hər yerdə məni qəddar cinayətkar kimi tanıyacaqlar…”

Bu sözləri yeni klipinin təqdimat mərasimində əməkdar artist Mətanət İsgəndərli jurnalistlərə söylədi. Söhbət, əlbəttə ki, sənətçinin yeni klipinin çəkilişləri zamanı rejissorun ondan tələbindən gedir. “Danışmayacam” adlı klipini üzə çıxaran Mətanət İsgəndərlinin yeni ekran işini mini-film də adlandırmaq olar. Həyəcanlı süjet xətti ilə jurnalistləri həyəcanlandıran klipin rejissoru Ceyhun Kərimovdur. Elə yeri gəlmişkən, digər yaradıcı heyəti də təqdim edək. Klipin ssenari müəllifi Səbuhi Bayramov həm də baş rolun ifaçısıdır. Montaj rejissoru Aleks Anişevskidir. Sözləri Tağı Sadıqa məxsus olan mahnının bəstəkarı Ruslan Səfəroğludur.

İndi isə keçək klipə. İki gəncin sevgi hekayətindən bəhs edən filmdə oğlanın sevdiyi qızın üzü qəza nəticəsində yanır, dəyişməz hala düşür. Həkimlər onun vəziyyətinin çarəsiz olduğunu deyirlər. Oğlan isə elə xəstəxanada qızın üzüyünü özünə qaytarıb, digər bir qızla eşq hekayəsi yaşayır. Vaxt keçir, həmin qız xarici ölkələrin birində cərrahi əməliyyat nəticəsində əvvəlki halına qayıdır. Oğlan onu bu vəziyyətdə görəndə şok keçirir və dəlixanaya düşür.

Mətanət İsgəndərlinin sözlərinə görə, ssenari müəllifi və rejissor ona məsləhət görürlər ki, klipin sonunda oğlanı özü öldürsün. Amma Mətanət xanım buna ürək eləmir.

Sənətçi onu da bildirdi ki, bu klip gələcəkdə serial formasında da təqdim oluna bilər: “Mən rejissora dedim ki, bu, əsl serialdır. Gələcəkdə bu ssenari əsasında serial çəkmək olar. Elə rejissor da gələcəkdə bunu nəzərə alacağını dedi. Əslində, bu klip sevənlərə bir mesaj olacaq ki, sevgilərini qorusunlar, qurban verməsinlər. Təəssüf ki, bu gün əsl sevgilər azalıb. Bir var ruhi sevgi, bir də var fiziki bağlılıq. Ruhi sevgi olan yerdə ayrılıqlar olmur. Onu da deyim ki, sevgi allah tərəfindən hər insana nəsib olmayan bir nemətdir. Mən klipimdə oğlanın qızı elə asanlıqla atmasını “görəndə” dəhşətə gəldim. Fikirləşdim ki, insan necə vicdansız ola bilər ki, çətin vəziyyətə düşüb, gözəlliyini itirən sevgilisini atsın”.

Klip yaxın günlərdə telekanallarda nümayiş olunacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm