Tabloid.az
“Yahşi Cazibe“-nin qalmaqallı ssenaristi Publika.Az-a danışdı - EKSKLÜZİV
"Yahşi Cazibe" serialının final seriyasında Cazibə obrazının pullu kişilərlə evlənib, onları aldadan qadın obrazına çevrilməsi, həm Türkiyə, həm də Azərbaycanda narazılıqlara səbəb olub.
"Yahşi Cazibe"-nin ssenaristi Gani Müjde Publika.Az-a eksklüziv
açıqlamasında bildirib ki, serial hər iki ölkədə çox sevildi.
"Anlaşılmazlıqlar olsa da, hər şey yaxşı gedirdi. Mən düşünürəm ki,
bu serial Azərbaycanda ən çox baxılan türk serialı idi. Final
tamamilə başqa cür yazılmışdı. Cazibə və Kamal evlənib Azərbaycana
gəlməli idilər. Burada bir-birini sevən cütlük olmalı idilər. Lakin
serialda Cazibə rolunun ifaçısı Aslıhan Gürbüz finala bir seriya
qaldığı gün kiçik bir məsələ üstündə məni təhqir edərək çəkilişi
tərk etdi. Mən də onu bu cür rola yaraşdırdım. Yoxsa, bu məsələnin
nə Azərbaycanla, nə də azərbaycanlı qadınla əlaqəsi yoxdur. Hər şey
çox ani baş verdi. Obrazın xarakterinin bu qədər dəyişməsinə səbəb
Aslıhanın hörmətsizliyi idi. Mən bütün Azərbaycandan üzr istəyirəm
və bildirirəm ki, obrazın haralı olmasının, xarakterin dəyişməsinə
dəxli yoxdur. Azərbaycana və azərbaycanlı qadına münasibətim 92
seriya boyunca məlum olub. Cazibə obrazı əxlaqlı, ailəsinə bağlı
qadın idi. Son seriyadakı obrazın xarakteri aktrisaya yaraşdırdığım
xüsusiyyətdir, azərbaycanlı qadına yox".
Günay Muradlı
Publika.Az
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ