Azərbaycanlı prodüser “Ədalət Şükürov siyasəti“nə qayıdır? - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı prodüser “Ədalət Şükürov siyasəti“nə qayıdır? - EKSKLÜZİV

Tanınmış prodüser-təşkilatçı Roland Bayramov maraqlı layihə üzərində çalışdığını söyləyib. Bu barədə Publika.Az-a R.Bayramov özü məlumat verib. O, bildirdi ki, layihə hələlik adını açıqlamayacağı, simasını göstərməyəcəyi gənc ifaçı xanımla bağlıdır:

“Təsadüfən elə oldu ki, çoxdan tanıdığım bir xanımla qarşılaşdım və o, mənə ifa etdiyi mahnını təqdim etdi. Mahnını dinləyəndən sonra onun səsi, özünü idarə etməsi, mədəniyyəti və görünüşü ürəyimcə oldu. Düşündüm ki, həmin xanımın yaradıcılıq işlərində ona dəstək olsam, bu, mütləq öz bəhrəsini verəcək. Və layihəni elə tərtib etdim ki, ilk mahnısı radio dalğalarında səslənənə qədər istəmirəm xanımın nə adı çəkilsin, nə də siması göstərilsin. Səbəb isə layihənin fərqli olması və insanları bir müddət intizarda saxlamaq istəyimdir. Xanımın yaradıcılıq işlərinin idarə olunması sırf mənə aiddir. Bu barədə qərarı mən verirəm”.

Prodüser bildirdi ki, layihənin predmeti onun keçmiş "siyasi addımı" olacaq.

“2000-ci ildə müğənni Ədalət Şükürov “Ay qız, keçmə bizim məhlədən” mahnısını ifa etdi. Mahnı populyar olanda, Ədalət adını hamı bilirdi, amma simasını görməmişdi, onu tanımırdılar. 2001-ci ildə keçmiş M.Şəhriyar adına Mədəniyyət Sarayında Ədalətin 2 günlük ilk solo konsertini təşkil etdim. Sonda da yaxşı nəticə alındı. Belə ki, salon tamamilə dolu idi. Sözüm odur ki, əvvəlki "siyasət"imə qayıdıram”.

Fuad Mədətov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm