Əlikram Bayramovun ailəsinə nifaq salan qadın kimmiş? – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əlikram Bayramovun ailəsinə nifaq salan qadın kimmiş? – FOTOLAR

Əlikram Bayramov xalq artisti Zeynəb Xanlarovanın repertuarından olan məşhur mahnıya klip çəkdirdi. Publika.az-ın məlumatına görə, sözləri Bəxtiyar Vahabzadəyə, musiqisi Emin Sabitoğluna məxsus “Durna qatarı” adlı mahnının klipi media mənsublarına təqdim olundu.

“Durna qatarı” adlı klip Natiq Novruzovun rejissor yozumunda ərsəyə gəlib. Klipin operatoru Rizvan Əhmədovdur. Mahnının aranjimançısı isə Ruslan Səmədovdur.

Sənətçi birdən-birə fərqli repertuarla çıxışına və “Durna qatarı” kimi məşhur mahnıya müraciət etməsinə də aydınlıq gətirdi: “Bəzən məni qınayırdılar ki, belə gözəl səs tembrin var, amma nədənsə ciddi, klassik musiqilər ifa etmirsən. Bunun sadə səbəbləri var. Hər kəs bilir ki, bizim dolanışığımız toylardan çıxır və məcburiyyət qarşısında belə mahnılar oxuyuruq. Elə jurnalist dostum Tahirə Məmmədqızı da hər zaman məndən ciddi musiqilər oxumağımı tələb edirdi. Məni qınayırdı ki, axı sənin gözəl səsin var. Buna görə də mən onun istəyi ilə retro və klassik musiqilərə müraciət etməyi qərara aldım. “Durna qatarı” bir başlanğıcdır. Bunun davamı da olacaq”.

Qeyd edək ki, fərqli yozumda ekranlaşdırılan “Durna qatarı” klipi musiqinin ovqatına uyğun şəkildə lentə alınıb. Qubada çəkilən klipin büdcəsi də məlum oldu. Rejissor Natiq Novruzov Azərbaycanda real klip qiymətlərindən də söz açdı: “Çox müğənni yalandan deyir ki, klipi guya on-on beş min manata çəkib. Yalan söhbətlərdir. Bizdə 3 min manatdan artıq qiymətə klip çəkilmir. Əlikram Bayramov bu klipə görə dörd min manat xərcləyib. Mənə isə üç min manat verib”.

Təqdimat mərasimində Əlikram Bayramov bir müddət sənətə fasilə verməsinin səbəblərindən də danışdı: “Sözün düzü, incimişdim. Ətrafımda, ailəmdə baş verən bəzi söz-söhbətlər məni incik salmışdı. Nə gizlədim, ailəmdə narahatlıqlar yaşandı. Amma indi hər şey yaxşıdır”.

Tahirə Məmmədqızı sənətçinin ailəsində yaşanan söz-söhbətə belə aydınlıq gətirdi: “Mən Əlikram Bayramovun evində “Oonaqlıq” verilişinin çəkilişlərini aparanda həyat yoldaşı etiraz etdi. Dedi ki, Əlikramla küsülüyəm və verilişdə iştirak etməyəcəyəm. Səbəbini də danışdı. Dediyinə görə, səbəb qısqanclıq üstündədir. Əlikram klip çəkilişinə dəvət etdiyi bir xanıma üzük bağışlayıbmış. Bunun üstündə xanımı ondan inciyib, hətta ayrılmaq dərəcəsinə çatıb. Artıq problem həll olunub, Əlikram müəllim xanımı ilə barışıb. Biz onları barışdırdıq”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm