Tabloid.az
Serial çəkib necə milyonçu olmaq olar? - ARAŞDIRMA
Mövzu yenə də seriallardı. Polad ələmdarları, fatmagülləri, amaciləri ilə evlərimizin əziz qonağına çevrilmiş seriallar... Bir vaxtlar onları aşağı səviyyəli teleməhsullar adlandırır, sənət sözünü onlara yaraşdırmırdıq. Amma bu gün keyfiyyətli seriallar çəkməyin yollarını axtarırıq. Qonşularımıza baxırıq. Məsələn, Türkiyəyə… Çünki Türkiyədə serial sənayesi, rəhmətlik Brejnev demiş, “çox iri addımlarla irəliləyir”. Orta Asiya respublikaları, Balkan, Ərəb ölkələri türk seriallarına müştəri çıxır.
Fevralın sonlarında İstanbulda keçirilən, 32 ölkənin film
şirkətlərinin, televiziya kanallarının istirak etdiyi Beynəlxalıq
Discop Televiziya layihələri sərgisində isə bir çox telelayihələrlə
yanaşı yerli seriallar da görücüyə çıxarılıb.
Quru rəqəmlər deyir ki… -
Hazırda Turk telekanallarında 20-30-a yaxın yerli serial nümayiş
olunur. Siyahıya təkrar yayımlanan serialları da əlavə eləsək, bu
rəqəm 40-60-a çatar.
Keyfiyyətli serialın bir seriyası, təxminən, 100 min dollara başa
gəlir. Kanallar, bir saatlıq serialın arasına 40 dəqiqəlik reklam
yerləşdirir və nəticədə sadəcə bir seriyadan 560 min dollar gəlir
götürür.
Bir serialın boya-başa çatmasından ötrü rejissorundan, aktyorundan
tutmuş texniki işçilərinə qədər 75 insan əziyyət çəkir. 30 serialda
bu 2 min 250-ə yaxın insan deməkdi. Türkiyə şərtlərində bir adamın
orta hesabla dörd nəfəri saxladığını nəzərə alsaq, Turkiyə serial
bazarında bir həftədə orta hesabla 9 min adamın çörəyi çıxır.
Serial bazarının əsas oyunçuları isə istehsalçı şirkətlər (Ayyapım,
TİMS kimi), televiziya kanalları ve reklam verənlərdi.
Türkiyədə yerli serial bazarında həftədə 17-19 milyon dollar dövr
edir. Serial tortunun ən böyük tikəsi -80%-i kanalların, qalan 20%
isə istehsalçı şirkətlərə payına düşür. Ən yüksək reytinq toplayan
serialın büdcəsi orta hesabla 100 min dollardı. Bu məbləğin 45 %-i
aktyorlara, 21%-i isə çəkiliş heyətinə sərf olunur. Serial hazır
olanda ümumi büdcənin üzərinə 20-40% faiz həcmində gəlir payı da
əlavə olunur və kanallara satılır.
Bəzən büdcədə atrıb-azalmalar da olur. “Mİnt Yapım” şirkətinin
(Cocuklar duymasın serialının istehsalçısı) sahibi Birol Güvənin
dediklərinə görə, konkret rəqəm söyləmək mümkün deyil. Serial, boru
istehsalına bənzəmir. “Cocuklar duymasın” və “Ən son babalar duyar”
serilallarının büdcələri fərqlidi. Serial uğur qazandıqca büdcə də
böyüyür. Reytinq artıqca kanal daha çox pul qazanır, kanal daha çox
pul qazananda sizi əldən buraxmamaq üçün daha çox pul təklif
eləyir, çünki başqa kanallar da sizi almaq üçün daha çox pul ödəyə
bilər. Bu, ticarətdi.”
Kinoşirkətlər, televiziya kanalları ilə mövsümlük müqavilə
bağlayır. Daha sonra səkkiz aylıq çəkilişə hazırlıq mərhələsi
başlayır, şirkət məkanın, kostyumların kirayə haqları və s. ödəyir.
Hazırlıq mərhələsinə 260-520 min dollar arasında pul xərclənir. Bir
serial 3-4 seriyada istehsalına sərf olunan pulu çıxardır, 13-cü
seriyadan sonra gəlir gətirməyə başlayır. Odur ki, dörd seriyadan
sonra efirdən çıxarılan seriallar (reyting gətirmirsə) istehsalçı
şirkət üçün ciddi zərər deməkdi. Xüsusilə də serialın hazırlıq
mərhələsinə çox böyük pullar xərclənibsə…
Reklamlar, reklamlar, reklamlar… -
Tamaşaçılar da, şirkətlər də serialın içində nümayiş olunan
reklamlardan şikayətçidi. Təxminən, 60-80 dəqiqəlik seriyanın saat
yarım, bəzən hətta iki saat uzanması tamaşaçını serialdan soyudur,
reytinqləri aşağı salır. Amma…
Ən çox izlənən seriallarda 30 saniyəlik reklamın qiyməti 6-7 min
dollardı. Reklamların 70%-i prime-time-da, yəni saat 22.00-1.00
arasında yayımlanır. Qanunla bir saatlıq proqramın içində
ümumilikdə 18 dəqiqəlik reklam fasiləsi verilməlidi. TV kanallar
isə çox izlənən serialların arasına 30-40 dəqiqəlik reklam fasiləsi
yerləşdirir. Beləliklə, 40 dəqiqəlik reklam fasiləsi verən serialın
bir seriyası kanala 480-560 min dollar gəlir gətirir və həftədə,
təxminən, beş serial yayımlayan kanalın seriallardan qazandığı
illik gəlir (serial bir mövsüm- 8 ay efirdə olur) 64 milyon dollara
çatır.
Hamını maraqlandıran sual … -
Serialın tamaşaçı tərəfindən bəyənilməsi - yəni “tutması” üçün
hansı amilləri nəzərə almaq lazımdı? Bunu istehsalçı şirkətlər də
bilmirlər. “Bir Istanbul masalı” və “Zərda” seriallarının ssenari
müəllifi Qaye Boralı deyir ki: “Bu bir az təsadüf məsələsidi. Türk
tamaşaçısı çox mühafizəkardı, onunla ehtiyatlı olmaq lazımdı. O,
hələ də özünün belə əməl eləmədiyi əxlaq qaydalarını ekrandakı
qəhrəmanlardan gözləyir. Biz, süjetə qeyri-ənənəvi münasibət daxil
eləyəndə, hər öpüşmə səhnəsini quranda yüz ölçüb bir biçirik.”
Serial və türizm -
Bu gün serial sahəsi o qədər irəliləyib ki, sadəcə
istehsalçılarına, aktyorlara, kanallara yox, ölkədaxili turizmin
inkişafina da kömək eləyir. Belə ki, populyar seriallarda istifadə
olunan binalar, çəkiliş aparılan bölgələr, az qala, muzey statusu
qazanır, turistik məkanlara çevrilirlər. Üstəlik, yerli əhali də
statist qismində çəkilişlərdə istifadə olunur.
Aygün
Publika.Az
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ