Elnarədən konsert xəbəri
Bizi izləyin

Tabloid.az

Elnarədən konsert xəbəri

Muğam ifaçısı Elnarə Abdullayeva solo-konsert verəcək.

Publika.az-ın məlumatına görə, sənətçi bu gün konsertlə bağlı mətbuat konfransı keçirib.

Fevralın 20-də Heydər Əliyev sarayında reallaşacaq konsert “Zəfər çalacağıq” adı altında təqdim olunacaq.

Konsertlə bağlı məlumat verən sənətçinin prodüseri Asif Kərimov, əslində, bu konsertin çoxdan planlaşdırıldığını, amma müəyyən səbəblər üzündən tədbirin gecikdiyini bildirib: “Mən uzun illərdir ki, Elnarə xanımla əməkdaşlıq edirəm. Üç il öncə biz konsert barədə qərar verdik, amma müəyyən problemlər üzündən konsertimiz baş tutmadı. Artıq tədbirin vaxtı dəqiqləşib. Mən həmişə Elnarə xanıma deyirəm ki, sən oxu, qalan işlər mənlikdir. Bu konsertdə çoxlu sürprizlər də olacaq”.

Mətbuat konfransında onu da bildiriblər ki, konsertə dəvətnamələr yalnız yaşlı sənətkarlar və jurnalistlər üçün nəzərdə tutulub.

Elnarə xanım da bu konsertin məramından danışıb: “Konserti Allah rizası üçün verirəm. Xalqımın mənə olan etimadını doğruldacağıma əminəm.

Qeyd edək ki, konsertin biletləri 20-80 manat arasındadır”.

İntiqam Valehoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm