Aygün Kazımova xoş günündə qızını tək qoydu – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Aygün Kazımova xoş günündə qızını tək qoydu – FOTOLAR

Xalq artisti, pop-diva Aygün Kazımovanın qızı İlqarə Kazımova hələ çəkilişdən öncə yaxşı mənada səs-küy yaradan “Yenə, yenə” adlı klipinin təqdimatını edib.

Publika.az -ın məlumatına görə, mahnıda həm müasir qərb elektron, həm də milli musiqi elementlərinə rast gəlinir. Mahnı özlüyündə İlqarənin daxili dünyasını - gənc, enerjili, güclü və müstəqil qızın obrazını əks etdirir.

İlqarə videoklipinin yerli şou-biznesdə çəkilən kliplərdən fərqli olduğunu, onun Avropa formatında çəkildiyini bildirib:

“Klip Avropa formatında çəkilib. Elə bilirdim ki, çəkiliş zamanı yorulacağam. Amma belə olmadı. Sevdiyim iş olduğu üçün çəkilişdən zövq aldım. Klipdən razı qaldım. Çox həyəcanlıydım. Amma baxıb görürəm ki, rejissorla fikirlərimiz üst-üstə düşdü və uğurlu klip alındı.

Əminliklə deyə bilmərəm ki, anam qədər tanınmış sənətçi, onun kimi nömrə bir olacağam. Amma onu dəqiq bilirəm ki, həyatı anlayandan bəri başa düşmüşəm ki, müğənni olacağam. Mikrofonu əlimdən ala bilmirdilər. Gələcəkdə əlimdən gələni edəcəyəm ki, deməsinlər İlqarə Aygün Kazımovannı qızıdır. Anamın adıyla məşhurlaşmaq istəmirəm. Baxmayaraq ki, bu, mənim üçün bir şərəfdir. Onu da deyim ki, anam da bu klipi çox bəyənib”.

“İlqarə bu mahnı ilə Azərbaycan şou-biznesini dəyişəcək. Necə ki vaxtilə Aygün Kazımova da Azərbaycan şou-biznesində dəyişiklik etmişdi”. Klipin yaradıcılarından biri Ömər Əbdülkərim belə deyib.

Klipin baş prodüseri İlqarənin anası Aygün Kazımova, rejissoru Anar Hüseynovdur.


“Yenə, yenə” mahnısı ilk dəfə Aygün Kazımovanın doğum günündə ifa olunub. Amma teleməkanda və radiodalğalarında mahnının rotasiyası klipin təqdimatından - yəni bu gündən etibarən təqdim olunacaq.

Xatırladaq ki, İlqarə Kazımova “Eurovision 2011” mahnı müsabiqəsinin yerli seçim turunun finalçısıdır. Bir müddət səhnə fəaliyyətinə ara verən müğənni bu ərəfədə dinləyiciləri 2 mahnı ilə sevindirib. Onlardan biri “Keep on, keepin on” və pop musiqi janrında olan “Bir az sevgi” mahnıları olub. “Yenə, yenə” layihəsi isə İlqarə Kazımovanın böyük səhnəyə dönüşü olacaq.

Xatırladaq ki, mətbuat konfransında Aygün Kazımova iştirak etməyib.

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm