Əlibaba Məmmədov qəzəbləndi: “Günah sənin anandadır”
Bizi izləyin

Tabloid.az

Əlibaba Məmmədov qəzəbləndi: “Günah sənin anandadır”

Xalq artisti, məşhur müğənni Əlibaba Məmmədov Televiziya Muğam Müsabiqəsinin növbəti seçim mərhələsində qəzəblənib.

Publika.az-ın məlumatına görə, münsiflər heyətinin sədri olan ustad sənətkar iştirakçılardan biri - Səidə Babışovanın ifasına kəskin münasibət bildirib: “Sənin oxumağın mənim xoşuma gəlmədi. Mən sənə belə muğam öyrətməmişəm. Axı sən gözəl ifaçısan, dəfələrlə tədbirlərdə sənin mükəmməl ifanın şahidi olmuşuq, lent yazıların da bizdə durur.

Bu nə oxumaqdır? Günah səndə deyil, sənin anandadır. Anan səni Bülbül adına Orta İxtisas Musiqi Məktəbində azı altı-yeddi müəllim yanına aparıb. Hər müəllimin də öz dəsti-xətti, boğazı, xırdalığı, ifa tərzi var. Bu altı-yeddi müəlliminin hərəsindən bir şey öyrənmisən, öz ifanı da yadından çıxarmısan. Adam bir müəllimin yanına gedər, mükəmməl də ifaçı olar”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm