Rejissor yenidən efirə qayıdır
Bizi izləyin

Tabloid.az

Rejissor yenidən efirə qayıdır

Rejissor Nail Naiboğlu müəllifi olduğu “Klip Parad” verilişi ilə yenidən efirə qayıdır.

N.Naiboğlunun Publika.az-a verdiyi məlumata görə, veriliş yeni formatda telekanalların birində yayımda olacaq:

“Layihədə ulduzların klipləri yarışacaq. Səsvermə “Facebook”da “Klip Parad” səhifəsində olacaq. Artıq səsvermə başlayıb. İlk mərhələdə bu müğənnilərin klipləri yer alıb: Röya Ayxan, Manana, Sevda Ələkbərzadə, Eldar Qasımov, Nigar Camal, Roza Zərgərli, Ayan Babakişiyeva, Yaşar Cəlilov, Ceyhun Bakinski, Sevil və Sevinc bacıları. Verilişin formatına görə, 4 gün ərzində kliplər yayımlanacaq”.

Rejissor onu da qeyd edib ki, hər həftənin cümə günü verilişdə ekspert qismində olan məşhur şəxs klipləri və klipləri çəkdirən müğənniləri müzakirə edəcək. Verilişin ilk qonağı Azərbaycanın tanınmış modelyeri, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovadır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm