Səhhəti ağırlaşan Ağaxan Abdullayev Türkiyəyə aparılıb – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Səhhəti ağırlaşan Ağaxan Abdullayev Türkiyəyə aparılıb – ÖZƏL

Xalq artisti, ustad xanəndə Ağaxan Abdullayev bir aya yaxındır ki, Türkiyə xəstəxanalarının birində müalicə olunur. Sənətkar hətta doğum gününü də xəstəxanada qarşılayıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, ustad xanəndə boğazında yaranan problemlə əlaqədar qardaş ölkəyə yollanmaq məcburiyyətində qalıb. Sənətkarın xanımı da onun yanındadır.

Publika.az-a danışan xalq artistinin həmkarı və sənət dostu Əlibaba Məmmədov da məlumatı təsdiqləyib: “Ağaxan böyük sənətkardır, amma vaxtında özünü qorumadı. Səs tellərini ağırlığa saldı. Abşeron toyları və məclislərini təkbaşına yola verə-verə axırda səhhətinə ziyan vurdu. Bir neçə ildir ki, boğazında problemlər yaranıb, oxuya bilmir.

Bakıda həkimlər onun dərdinə çarə tapa bilmədi, bu azmış kimi, səhhətini daha da ağırlaşdırdılar. Axırda Türkiyəyə getməyə qərar verdilər. Vaxtilə Akif İslamzadə də səriştəsiz həkimlərin qurbanı oldu, sonradan Moskvaya getdi, orada müalicə olundu. Muğam müsabiqəsinin təşkilatçılarından olan Nadir Axundov Ağaxan müəllimlə tez-tez telefonla danışır. İndi vəziyyəti yaxşıdır, yaxın vaxtlarda Bakıya qayıtmalıdır. Türk həkimləri onun boğazını müalicə ediblər. İndən belə oxumağı çətindir, amma əsas odur ki, canı sağ olsun. Ağaxan hələ cavandır, 65 yaş nə yaşdır ki?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm